az en
News / “Uğur” Azərbaycan kubokunun qalibi olub (fotoreportaj)

“Uğur” Azərbaycan kubokunun qalibi olub (fotoreportaj)

Yüksək Liqa (Qızlar) Dərc olundu: 26.04.2019 Çap
Bu gün Binə stadionunda Yüksək qızlar Liqasında iştirak edən komandalar arasında təşkil olunmuş Azərbaycan kubokunun final oyunu keçirilib.
 
“Uğur” Azərbaycan kubokunun qalibi olub (fotoreportaj)
Həlledici görüşdə “Uğur” (Sumqayıt) və 8№-li İOEUGİM (Bakı) komandaları qarşılaşıb. 2:1 hesabı ilə qələbə qazanan “Uğur” Azərbaycan kubokunun qalibi olub.
Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın Qadın Liqaları şöbəsinin rəhbəri Emin Cəfərov, Azərbaycan milli komandasının keçmiş üzvü Zaur Ramazanov və “Uğur” komandasının rəhbəri Vasif Maşayev təqdim ediblər.
8 №-li İOEUGİM-in oyunçusu Həqiqət Qasımova  Fair Play mükafatına layiq görülüb. “Uğur” komandasının üzvləri Aysun Əliyeva turnirin ən yaxşı futbolçusu, Aytac Şərifova isə ən yaxşı qapıçısı seçilib. Bombardir Vüsalə Seyfəddinova (“Uğur”) olub.
 
Baş Sponsor 
Partnyorlar