az en
News / VAR layihəsi ilə əlaqədar seminar keçirilib (fotolar)

VAR layihəsi ilə əlaqədar seminar keçirilib (fotolar)

AFFA Dərc olundu: 05.07.2022 Çap
Bu gün Bakı Olimpiya Stadionunda yerləşən VAR mərkəzində VAR layihəsi ilə əlaqədar media nümayəndələri üçün seminar keçirilib.
VAR layihəsi ilə əlaqədar seminar keçirilib (fotolar)
VAR layihə rəhbəri Elxan Səmədov VAR sisteminin özəllikləri barədə danışıb, bu sistemin ölkəmizdə istifadəsi baxımından bugünədək görülən işlər barədə məlumat verib. VAR mərkəzində yaradılan şəraitlə tanış olan media nümayəndələri FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyevin iştirakı ilə VAR protokoluna əsaslanan iş mexanizmi ilə əyani şəkildə tanış olublar. FIFA referiləri layihənin tətbiqi ilə bağlı məlumat verib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.
 
Baş Sponsor 
Partnyorlar