az en
News / VAR sistemi ilə bağlı təlim başlayıb (fotolar)

VAR sistemi ilə bağlı təlim başlayıb (fotolar)

Hakimlər Dərc olundu: 18.10.2021 Çap
Bu gün Bakı Olimpiya Stadionunun iclas zalında Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlər və hakim köməkçilərinin, həmçinin Birinci Divizion qarşılaşmalarına təyinat alan bəzi referilərin iştirakı ilə təlimə start verilib.
 
VAR sistemi ilə bağlı təlim başlayıb (fotolar)
FIFA-nın təlimatçısı Valentin İvanov ZOOM platforması üzərindən təlimə qoşularaq VAR (Video köməkçi hakim) protokolunun tətbiqi sahəsində hakimləri məlumatlandırıb. Oyunlardan videogörüntülər nümayiş etdirilərək VAR-ın hansı epizodlarda, hansı qayda pozuntularında və nə zaman müdaxilə etməli olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb. İki gün davam edəcək təlimdə Valentin İvanov və AFFA Hakimlər Komitəsinin sədri  Fritz Stuchlik VAR protokolu barədə hakimlərin suallarını cavablandıracaq.
 
Baş Sponsor 
Partnyorlar