az en
News / Videokonfrans formatında növbəti iclas keçirilib

Videokonfrans formatında növbəti iclas keçirilib

UEFA Dərc olundu: 14.03.2022 Çap
UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.
 
Videokonfrans formatında növbəti iclas keçirilib
İclas videokonfrans formatında təşkil olunub. UEFA Avropa Konfrans Liqasında fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda qeydə alınmış fair play hadisəsi AFFA-nın icraçı vitse-prezidenti, müvafiq komitənin sədri Elxan Məmmədovun təklifi ilə iclasın gündəliyinə daxil olunub və məsələ barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.
 
Baş Sponsor 
Partnyorlar