az en
News / Xatirə turniri keçirilib (fotolar)

Xatirə turniri keçirilib (fotolar)

Turnir Dərc olundu: 13.05.2022 Çap
AFFA-nın və Gənclər və İdman Nazirliyinin dəstəyi, Şimal-Qərb Futbol Federasiyasının təşkılatçılığı ilə Respublikanın əməkdar məşqçisi Baba Mustafayevin xatirəsinə həsr olunmuş turnir keçirilib. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda turnirin final oyunu təşkil olunub. Həlledici oyunda “Uğur” komandasını məğlub edən UGİM-in kollektivi xatirə turninin qalibi olub. Yarışda müxtəlif nominasiyalar üzrə - ən yaxşı müdafiəçi, ən yaxşı qapıçı və ən yaxşı hücumçu oyunçulara mükafatlar təqdim olunub.
 
Xatirə turniri keçirilib (fotolar)
Baş Sponsor 
Partnyorlar