az en
News / İxtisasartırma təliminə start verilib (fotolar)

İxtisasartırma təliminə start verilib (fotolar)

AFFA Dərc olundu: 07.01.2022 Çap
AFFA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) əməkdaşlığı çərçivəsində Akademiyanın professor-müəllim heyəti üçün ixtisasartırma təliminə start verilib.
 
İxtisasartırma təliminə start verilib (fotolar)
Akademiyanın İdmanın oyun növləri kafedrasının professor-müəllim heyəti üçün keçirilən ixtisasartırma təlimi 10 gün davam edəcək. “Reallığa əsaslanan öyrənmə prosesi” mövzusunda təşkil olunan təlimi AFFA-nın Texniki Departamentinin rəisi Cahangir Həsənzadə və məşqçi kurslarının instruktorları Aslan Kərimovla Osman Rəhimov keçir. Təlimin hədəfi iştirakçıların UEFA-nın “C” kateqoriyalı məşqçi kursunda praktiki öyrətmə (məşq) prosesində monitorinq və tutorluq fəaliyyətini həyata keçirmək bacaracaqlarının inkişaf etdirilməsidir. Təlim iştirakları məşqçilik ixtisası üzrə bakalavriat təhsil səviyyəsinin IV tədris ilinin tələbələrinə uyğun UEFA-nın “C” kateqoriyalı məşqçi kursuna metodist-təlimatçı kimi cəlb olunacaqlar.
 
Qeyd edək ki, bu təlimlər ADBTİA-nın tələbələrinin daha effektiv və müasir öyrənmə prosesi keçməklə UEFA-nın “C” kateqoriyalı məşqçi lisenziyasına yiyələnməsinə və gələcəkdə daha spesifik məşqçi işi sərgiləyərək ölkəmizdə kütləvi futbola töhfə verməsinə zəmin hazırlayacaqdır.
 
Baş Sponsor 
Partnyorlar