az en
News / Yemək təminatının təşkili ilə bağlı tender

Yemək təminatının təşkili ilə bağlı tender

AFFA Dərc olundu: 02.03.2020 Çap
Avro-2020-nin 4 oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar şəhər və hava limanı ərazisində fəaliyyət göstərəcək işçi heyətinin və könüllülərin yeməklə təminatının təşkili məqsədilə AFFA tender elan edir.
Ətraflı məlumatla aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
 
Yemək təminatının təşkili ilə bağlı tender
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb olunanların müvafiq tarixə qədər təhvil veriləcəyinə dair zəmanət məktubunu 01.04.2020-ci il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.
 
Aşağıda göstərilənlərin təqdim olunması vacibdir:
- Ölkədə müvafiq sahə üzrə sertifikatlaşdırma aparmağa səlahiyyətli orqan tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış;
- Qida və içki məhsullarının qida təhlükəsizliyi sertifikatı;
- İstifadə edilən avadanlıqlar, cihazlar, qablar və digər təchizat vasitələrinin sanitariya normaları və qaydalarına, gigiyena normativlərinin tələblərinə uyğun olmasını göstərən zəmanət məktubu;
- Məhsulların istehsalının, eləcə də istehlakına cəlb olunan işçilərin texniki normativ hüquqi aktların məcburi tələblərinə uyğun olaraq, xüsusi hazırlıq və profilaktiki tibbi müayinədən keçməsini göstərən hüquqi qüvvəyə malik təsdiqedici sənəd.
 
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
Baş Sponsor 
Partnyorlar