az en
News / Yeni meydança istifadəyə verilib (fotoreportaj)

Yeni meydança istifadəyə verilib (fotoreportaj)

AFFA Dərc olundu: 16.09.2021 Çap
Bu gün Bakı şəhərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Yasamal rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib.
Yeni meydança istifadəyə verilib (fotoreportaj)
Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, veteran futbolçu Vəli Qasımov, Milli Məclisin deputatı Elnur Allahverdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Açılışda iştirak edən uşaqlar və qonaqların iştirakı ilə simvolik olaraq futbol oyunu keçirilib.
 
Baş Sponsor 
Partnyorlar