az en
News / Yığmamız qələbə qazanıb

Yığmamız qələbə qazanıb

U-19 Dərc olundu: 22.01.2020 Çap
Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
 
Yığmamız qələbə qazanıb
“Alanyaspor”un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb. Mustafa Yıldırımın dubl etdiyi oyunda digər qolları Elçin Qasımov və Balamirzə Sultanov vurub. 
Xatırladaq ki, U-19 növbəti yoxlama oyununu yanvarın 25-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.
 
 
 
 
Baş Sponsor 
Partnyorlar