az en
News / YO: Azərbaycan – Qətər: Məşqçi fikirləri

YO: Azərbaycan – Qətər: Məşqçi fikirləri

A Milli Dərc olundu: 14.11.2021 Çap
Bu gün Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan - Qətər yoldaşlıq oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki milli komandanın baş məşqçilərinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
YO: Azərbaycan – Qətər: Məşqçi fikirləri
Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): "Bizim üçün yaxşı sınaq oldu. Fiziki baxımdan güclü komandaya qarşı oynadıq. Xüsusilə ilk qoldan sonra yaxşı təsir bağışladıq. İkinci hissədə bir neçə qol imkanımız oldu. Amma asan epizodlardan fərqlənə bilmiriksə, qələbə qazanmaq çətin olur. Futbolçuların oyunundan razıyam. Meydanda sonadək mübarizə apardılar. Bundan da yaxşı nəticə qazana bilərdik. Təəssüf ki, səhv bizə baha başa gəldi.
 
Əgər tək nəticələr üzərindən dəyərləndirmə aparsaq, buradakı işimiz uğurlu alınmayıb. Ümumi götürdükdə komandanın oyununda inkişaf görünür. Daha əvvəl də demişəm, nələrisə qurmaq istəyiriksə, bunu addım-addım etməliyik. Bu gün millidə gördüyümüz işlər gələcəkdə ölkə futbolu üçün öz bəhrəsini verəcək. Futbolçularla aramızda yaxşı əlaqə var. Daha çox inkişaf edə bilərik”.
 
Feliks Sançez (Qətər milli komandasının baş məşqçisi): “Hər iki komanda qalib gəlmək üçün meydana çıxmışdı. Bu gün açıq oyun getdi. Azərbaycan millisi hücumameylli futbol nümayiş etdirib qələbə qazanmaq istəyirdi. Rəqibdən belə oyun gözləyirdik. Bəzi məqamlarda biz, bəzən isə rəqib üstün oynadı. Matçın nəticəsini ədalətli hesab edirəm. Baxımlı oyun alındı.
 
Futbolçularım peşəkardırlar və hər oyuna yaxşı köklənirlər, hər oyunda qalib gəlmək istəyirlər. Bu gün yaxşı nəticə qazandıq. Dünya çempionatına hazırlıq baxımından hər oyun bizim üçün vacibdir. Hamı əlindən gələni etdi. Komandamdan razı qaldım. Bu qrupda mübarizə aparmağımız bizim üçün əla təcrübə oldu. Çətin rəqiblərlə qarşılaşdıq. Bu, dünya çempionatı üçün yaxşı hazırlıq oldu".
 
Baş Sponsor 
Partnyorlar