az en
News / YO. Azərbaycan – Özbəkistan: Məşqçi fikirləri

YO. Azərbaycan – Özbəkistan: Məşqçi fikirləri

Futzal Dərc olundu: 22.01.2020 Çap
Bu gün keçirilmiş Azərbaycan – Özbəkistan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
YO. Azərbaycan – Özbəkistan: Məşqçi fikirləri
Joze Alesio Da Silva (Azərbaycan milli komandasının baş məşqçisi): “Bu gün oyuna daha yaxşı konsantrasiya olmuşduq. Çünki dünən keçirdiyimiz matçda çoxlu səhvlərə yol vermişdik. Bunu analiz edib, səhvlərimizdən nəticə çıxarmağa çalışdıq. Təbii ki, oyundan əvvəl söhbətimiz oldu. Oyunumuzla daha yaxşı hazırlaşdığımızı sübut etdik.
Yekun heyətlə bağlı qərarımı sabah verəcəm. Buradakı futzalçılardan 12-si bizimlə Xorvatiyaya yollanacaq. Daha 2 oyunçu Osiek şəhərinə gələcək. Bizi çətin oyunlar gözləyir. Komandanın qarşısına konkret məqsəd qoyulub. Hədəfə doğru irəliləməliyik”.
 
Bahodir Ahmedov (Özbəkistan milli komandasının baş məşqçisi): “Birinci hissədə pis oynadıq, çoxlu səhvlərə yol verdik. Bəlkə də birinci oyundakı inamlı çıxışımızın müəyyən qədər mənfi təsiri var idi. Əvəzində rəqibimiz çox istəkli, aqressiv oyun göstərdi. Fasilədə uşaqlara toparlanmağı, öz oyunumuzu oynamağı tapşırdıq. Bunun bəhrəsini ikinci hissədə gördük. Yaxşı oynadığımızı və ikinci hissədə bizim qələbə qazandığımızı deyə bilərəm. Ümumi götürdükdə, Bakıda keçirdiyimiz oyunlardan razı qaldım. Çünki Azərbaycan millisi kimi güclü rəqiblə qarşılaşdıq. Rəqibimizin heyətində kifayət qədər təcrübəli futzalçılar yer alır”.
 
Baş Sponsor 
Partnyorlar