az en
News / YO: Moldova - Azərbaycan: Məşqçi fikirləri

YO: Moldova - Azərbaycan: Məşqçi fikirləri

A Milli Dərc olundu: 06.06.2021 Çap
Bu gün Kişinyovda “Zimbru” stadionunda keçirilmiş Moldova - Azərbaycan beynəlxalq yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçilərin səsləndirdiyi fikirlərini diqqətinizə çatdırırıq:
 
YO: Moldova - Azərbaycan: Məşqçi fikirləri
Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Təlim-məşq toplanışı ərzində 3 yoldaşlıq oyunu keçirdik. Bir oyunda qələbə qazansaq da, digər ikisində məğlub olduq. Oyunun əvvəlində buraxdığımız erkən qol planlarımızı pozdu. Standart vəziyyətdən qol buraxdıq. Sonadək mübarizə apardıq. Mövsümün sonu olduğu özünü göstərdi. Bəzi futbolçular yorğun idi. Oyundan öncə rəqibin heyətində müdafiədə yer alan üç ucaboy futbolçu olduğunu, standart vəziyyətlər zamanı diqqətli olmağı tapşırmışdım. Buna baxmayaraq, qolu hücumçu vurdu. Bu oyundan çox şey öyrənməliyik. Belarusla qarşılaşmada sonradan meydana daxil olan 6 futbolçu oyunun keyfiyyətini yüksəltdi. Bu gün bu, bizdə alınmadı. Bunun üçün nəticə qazana bilmədik. Baxmayaraq ki, topa sahib olma 64 faiz bizim tərəfimizdə idi. Çalışdıq çoxlu zərbələr endirək. Sözün düzü, keyfiyyət çatışmazlığı hiss olunurdu. Xüsusən ötürmələr zamanı səhvlər edirdik. Çox inkişaf etməli, bəzi situasiyaları daha yaxşı dəyərləndirməliyik”.
 
Roberto Bordin (Moldova milli komandasının baş məşqçisi): “Maraqlı oyun alındı. Oyunun bir hissəsinə Azərbaycan, bir hissəsinə mənim komandam nəzarət edirdi. Bu qələbə bizə çox lazım idi. Əvvəl çalışdırdığım “Neftçi” komandasının üzvləri bu gün daha fəal idilər. Ümumilikdə, Azərbaycan komandasının oyunu xoş təsir bağışladı”.
Baş Sponsor 
Partnyorlar