az en
News / YO: Qətər – Azərbaycan: Məşqçi fikirləri

YO: Qətər – Azərbaycan: Məşqçi fikirləri

A Milli Dərc olundu: 27.03.2021 Çap
Bu gün Macarıstanın Debretsen şəhərində keçirilmiş Qətər - Azərbaycan beynəlxalq yoldaşlıq oyunundan sonra mətbuat konfransında hər ki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
YO: Qətər – Azərbaycan: Məşqçi fikirləri
Feliks Sançez (Qətər milli komandasının baş məşqçisi): Bütün futbolçularımı təbrik edirəm. Hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi. Xarakter göstərə bilən oyunçulara malik olduğum üçün sevinirəm. 3 gündən bir oyunlarda bu çox önəmlidir. Oyun 90 dəqiqədir. Bütün oyun boyu dominantlıq eləmək olmaz. Oyuna pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu oyunun bir parçasıdır. 25-ci dəqiqədən sonra isədiyimiz kimi oynamağa, qol vəziyyətləri yaratmağa başladıq. Qol vurmağa layiq idik və  ikinci hissədə də yaxşı oynaraq istəyimizə nail olduq. Çox çətin oyunda geri dönüş etməyi bacardıq”.
 
Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Portuqaliya oyunu ilə müqayisədə bu gün 10 yeni oyunçuya şans vermişdim. İlk hissə yaxşı çıxış etdik, ancaq fasilədən sonra zəif oynadıq. Fiziki cəhətdən güclü komandaya qarşı oynayırdıq. Bəzi oyunçular inkişaf etməlidir. Meydana buraxdığım yeni futbolçuların çıxışı ilk hissədə məni qane etdi. Ancaq dediyim kimi, fasilədən sonra oyunumuz alınmadı. Beynəlxlaq səviyyəli oyunlar futbolçular üçün çətin olur. Yeni oyunçuların nəyə qadir olduqları məhz belə oyunlarda üzə çıxır. Onlar bu oyun tempinə hazır olmalıdırlar.
Heç vaxt futbolçularımdan geriyə ötürmə edərək oynamalarını istəməmişəm. Rəqibin pressinqinin qarşısını məharətlə aldıq. Təəssüf ki, boşluqlardan istifadə edə bilmədik. İkinci hissədə fiziki cəhətdən geri qaldığımız göründü”.
Baş Sponsor 
Partnyorlar