az en
News / YO: Sloveniya – Azərbaycan: Məşqçi fikirləri

YO: Sloveniya – Azərbaycan: Məşqçi fikirləri

A Milli Dərc olundu: 12.11.2020 Çap
Bu gün Lyublyanadakı “Stojiçe” stadionunda keçirilmiş Sloveniya - Azərbaycan yoldaşlıq oyunundan sonra mətbuat konfransında hər ki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
YO: Sloveniya – Azərbaycan: Məşqçi fikirləri
Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Bəzi oyunçuları sınaqdan keçirmək üçün yaxşı oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Oyuna yaxşı başladıq. İlk hissədə topa nəzarət edən tərəf biz idik. Oyunun əvvəlində İsmayıl İbrahimlinin qol vurmaq imkanı oldu, təəssüf ki, istifadə edə bilmədi. İnkişaf etməyimiz üçün lazımlı oyun idi.
İlk dəfə şans verdiyim futbolçuların oyunundan razı qaldım. Xüsusən, ilk hissədə Tellur Mütəllimovun oyunu daha yaxşı alındı. İkinci hissədə oyuna daxil olan Musa Qurbanlı da topla az təmin olunmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərə bildi.
Monteneqro millisi ilə oyun bizim üçün çox vacibdir. İlk oyunda pis oynamamışdıq. Təəssüf ki, nəticə istədiyimiz kimi olmamışdı”.
 
Matyaj Kek (Sloveniya milli komandasının baş məşqçisi): “İlk hissəni pis keçirdik, aqressiya çatmırdı, topa gecikirdik. Rəqib çox yaxşı oyun göstərdi. Xüsusən, çox yaxşı qapanırdı. Biz isə topu qəbul edəndə daha çox İliçiçi topla təmin etməyə çalışırdıq. Bu da effekt vermirdi. İkinci hissə daha yaxşı oynadıq, amma yenə də qol epizodları yaratmaq tam alınmırdı”.
 
Baş Sponsor 
Partnyorlar