az en
News / Zaqatala və Mingəçevirdə "Bahar turniri" keçirilib (fotoreportaj)

Zaqatala və Mingəçevirdə "Bahar turniri" keçirilib (fotoreportaj)

Turnir Dərc olundu: 23.05.2022 Çap
AFFA-nın təşkilatçılığı ilə mayın 21-də Zaqatala rayonunda, mayın 22-də isə Mingəçevir şəhərində 12 yaşlı qızlar arasında "Bahar turniri" keçirilib.
Zaqatala və Mingəçevirdə "Bahar turniri" keçirilib (fotoreportaj)
Zaqatala Olimpiya İdman Kompleksinin meydançasında keçirilən turnirdə UGİM (İsmayıllı) komandası turnirin qalibi, II və III yerləri isə müvafiq olaraq UGİM (Qax) və “Babadağ” (İsmayıllı) komandaları tutub. UGİM (Qax) komandasının üzvü Nuray Muradlı 11 qolla turnirin ən məhsuldar oyunçusu, “Nuxa” (Şəki) komandasından Xədicə Baxşəliyeva ən yaxşı oyunçu, UGİM (Qax) komandasının qapıçısı Humay Şirinova isə turnirin ən yaxşı qapıçısı seçilib.
Mingəçevir şəhər stadionunda keçirilən turnirdə isə “Mingəçevir” komandası turnirin qalibi, II və III yerləri isə müvafiq olaraq “Azəri” TİM (Gəncə) və “Qazax Gənclər” FK komandaları tutub. “Mingəçevir” komandasının üzvü Şəhanə Mirzəliyeva 12 qolla turnirin ən məhsuldar oyunçusu, “Azəri” TİM komandasından Pəri Nəzərli ən yaxşı oyunçu, “Qazax Gənclər” FK komandasının qapıçısı Ləman Nəsibli isə turnirin ən yaxşı qapıçısı seçilib.
İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Fərrux İsmayılov, Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov və U-15 (Qızlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.
 
Baş Sponsor 
Partnyorlar