A Milli komandanın meneceri və AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 15-də, Zenicadakı Bilino polie stadionunda keçiriləcək Bosniya və Herseqovina – Almaniya oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.