az en
News / “Zəfər turniri”nə yekun vurulub (fotolar)

“Zəfər turniri”nə yekun vurulub (fotolar)

AFFA Dərc olundu: 28.07.2021 Çap
AFFA-nın keçirdiyi Qrant müsabiqəsində 2-ci yeri tutmuş Samir Musayevin “Zəfər turniri” layihəsinə yekun vurulub.
“Zəfər turniri”nə yekun vurulub (fotolar)
Ceyranbatan qəsəbəsində keçirilən turnirin final qarşılaşmasında “Xudafərin” və “Murov” komandaları üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Xudafərin” komandası turnirin qalibi olub. Futbol veteranı Tərlan Əhmədovun və Azərbaycan İdman Jurnalistləri Federasiyasının vitse-prezidenti Mahir Rüstəmlinin iştirak etdiyi mükafatlandırma mərasimində qalib komandaya kuboku AFFA-nın Kütləvi Futbol departamentinin rəisi Fərrux İsmayılov təqdim edib.
 
Baş Sponsor 
Partnyorlar