az en
News / Zoom proqramı vasitəsilə vebinar keçiriləcək

Zoom proqramı vasitəsilə vebinar keçiriləcək

AFFA Dərc olundu: 08.09.2020 Çap
AFFA “Aşağı yaş qrupları üzrə futbolçuların 6 həftəlik hazırlıq planı” adlı vebinar təşkil edəcək. Sentyabrın 11-də, saat 13:00-da AFFA-nın fitnes və kondisiya layihəsinin rəhbəri Vladimir Mrdakoviç tərəfindən keçiriləcək vebinarda aşağıda qeyd olunan mövzularla bağlı təqdimat olacaq: 
 
Zoom proqramı vasitəsilə vebinar keçiriləcək
- Postpandemiya dövründə məşqlərdə zədələrdən qorunma
- Dözümlülük məşqləri
- Fiziki və funksional dəyişikli spesifik futbol məşqləri
- Sürət və çeviklilik məşqləri
- Güc məşqləri
- Gənc oyunçuların meydandakı performansının dəyərləndirilməsi
- Kiçik oyunlar ilə məşqin zamanının bölünməsi
 
Vebinarda iştirak etmək istəyən aşağı yaş qrupları üzrə komandaların məşqçiləri dəvətlidir.
 
Əlaqələndirici şəxs: Murad Muradlı
Telefon: +994552930534
 
 
Baş Sponsor 
Proyekt Partnyorları