Bakcell U-17 liqasının yarışlarının keçirilməsi layihəsi çərçivəsində 1 noyabrın 2014-cü il tarixində müqavilə imzalanıb.
Əməkdaçlıq çərçivəsində Bakcell U-17 Liqasının başlığı altında yarışlar  2013-2014-cü il mövsümününə təsadüf etmişdir.Yarışlar 132 oyun keçrilmiş, 12 komanda, 291 oyunçu, 24 məşqçi fəaliyyət göstərmişdir. Aşağıdakı komandalar öz güclərini sınamışlar:
 
AZAL, Neftchi, Bakı, Ravan, Gabala, Garabag, Inter, Khazar-Lankaran, Sumgayıt , Turan-T, Simurg, Kapaz 
 
21.05.2014 tarixində AFFA-nın Futbol Akademiyasının meydançasında Bakcell U-17 Liqanın 2013/2014–cü il mövsümünün qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub. Oyunlar 30 sentyabr 2013-cü il tarixindən 12 may 2014-cü il tarixinədək keçirilib.
 
Məlumat verilib ki, Bakcell U-17 Liqanın bu mövsümündə 12 komanda, 291 oyunçu və 24 məşqçi iştirak edib. 2013-cü il sentyabrın 30-də start verilən və bu il mayın 12-də yekunlaşan liqada keçirilmiş 132 oyunda qapılara 486 qol vurulub.
 
Əvvəlcə 18 qolla turnirin ən məhsuldar oyunçusu olan "Neftçi" komandasının üzvü Ramiz Quliyev, ardınca isə liqada iştirak edən məşqçilər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən ilin ən yaxşı oyunçusu seçilmiş "Rəvan" klubunun üzvü Əlibəy Məmmədli "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu Duayt Yorkla birgə məşq etmək imkanı ilə təltif edilib.
 
Bakcell şirkəti tərəfindən liqada ilk 3 yeri tutan komandaların baş məşqçilərinə və kapitanlarına mobil telefonlar hədiyyə olunub.
 
Bakcell U-17 liqada üçüncü yeri tutmuş "Neftçi", ikinci pillənin sahibi "Qəbələ" və mövsümün qalibi olmuş "Bakı" komandalarının üzvlərinə xatirə medalları verilib. "Bakı" klubunun oyunçularına kubok təqdim olunub.
 
Sonda liqanın qalibi "Bakı" komandasına AFFA tərəfindən ölkə xaricində 1 həftəlik təlim-məşq toplanışı hədiyyə olunması ilə bağlı sertifikat verilib.