Barclays Premyer Liqasının Kuboku

Bakcell şirkəti ilə "Mançester Yunayted" klubunun rəsmi tərəfdaşlığı çərçivəsində İngiltərənin Barclays Premyer Liqası kuboku Bakıda nümayiş olunub. AFFA-nın inzibati binasında assosiasiyanın əməkdaşları, qızlardan ibarət Azərbaycan yığmasının üzvləri, "Bakcell U-14 Elit Kuboku" turnirində ilk üç pilləni tutmuş "Neftçi", "İnter" və "Bakı" komandaları kubokla xatirə şəkli çəkdiriblər.
 
Bakı səfəri çərçivəsində Barclays Premyer Liqası kuboku Bakı Dövlət Universiteti, 28 May metro stansiyası, Malakan bağı, 28 Mall və “Bakcell Arena”da nümayiş olunub.
Kubokla görüşə gələn və #BarclaysKubokuBakıda həşteqi ilə sosial şəbəkələrdə şəkillərini paylaşan bütün futbolsevərlər müxtəlif hədiyyələr qazanmaq şansı əldə ediblər.
 
 
MY Yay Futbol Məktəbi MY Əfsanələri Millimizə daha yaxın olaq Barclays Premyer Liqasının Kuboku Millinin oyunçuları Bakcell-in Məlumat Mərkəzində Doğma Komandaya DogmaCin-lə dəstək olun!