MY Əfsanələri

Mikael Silvestre Mançester Yunayted Futbol Məktəbinin açılışında
24 sentyabr 2014-cü ildə Bayıl stadionunda Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədovun, Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirerin, İngiltərənin "Mançester Yunayted" klubunun Marketinq direktoru Conatan Riqbinin və klubun sabiq futbolçusu Mikael Silvestrenin iştirakı ilə keçirilmiş mətbuat konfransında məktəb barədə ətraflı məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.
 
Duayt York "Futbol Bakcell ilə" layihəsində
"Futbol Bakcell ilə" layihəsinin açılışı münasibətilə növbəti məşq 01.05.2013 tarixində AFFA-nın Futbol akademiyasının meydançasında keçirilib. Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirerlə yanaşı, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bu gün veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar ölkəmizdə səfərdə olan türkiyəli futbol veteranları Hakan Şükür, Rüştü Rəcbər və Abdullah Avcı, həmçinin Dvayt York, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, qapıçılar üzrə məşqçi Uli Ştayn, millinin və "Bakı" klubunun qapıçısı Kamran Ağayev bu tədbirdə iştirak ediblər. Futbol veteranları uşaqlara avtoqraf verib, onlarla birgə futbol oynayıb, xatirə şəkli çəkdiriblər. 
 

 
Endi Koul "Futbol Bakcell ilə" layihəsində
“Bakutel 2013” sərgisində iştirak etmək üçün Bakcell şirkətinin xüsusi qonağı qismində Bakıya gələn "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu Endi Koul dekabrın 3-də, saat 15:00-da yeniyetmə futbolçularla görüşüb. O, “Bakcell Arena"da Bakcell və AFFA-nın birgə həyata keçirdiyi "Futbol Bakcell ilə" layihəsinin iştirakçıları ilə görüşüb, ayrı-ayrı və qrup halında məşq edən uşaqlarla birgə futbol oynayıb. Azərbaycan milli komandasının üzvləri Kamran Ağayev və Mahir Şükürovun da iştirak etdiyi tədbirin sonunda brifinq təşkil olunub. Endi Koul jurnalistlərin suallarını cavablandırıb.
 
Mayın 1-də start götürmüş "Futbol Bakcell ilə" layihəsi çərçivəsində Bakı şəhərindəki 6, Sumqayıt və Gəncə şəhərlərinin isə hərəsində 2 meydançada AFFA-nın təyin etdiyi məşqçilərin rəhbərliyi altında uşaqlar mütəmadi qaydada məşq ediblər.
 
Endryu Aleksandr Koul 1971-ci ildə İngiltərənin Nottinqem şəhərində anadan olub. Ampluaca hücumçu olan Endi Koul "Arsenal", "Fulhem", "Bristol Siti", "Nyukasl Yunayted", "Blekbern Rovers", "Mançester Yunayted", "Portsmut", "Mançester Siti", "Birmingem", "Sanderlend", "Bernli", "Nottinqem Forest" klublarında, həmçinin İngiltərə milli komandasında çıxış edib.
 

 
Duayt York Mançester Yunayted Yay Futbol Məktəbində
Mançester Yunayted Yay Futbol Məktəbinin təlim-məşq toplanışında iştirak etmək və qalib gələn uşaqları təbrik etmək üçün Bakıya gəlmiş "Mançester Yunayted" klubunun əfsanəvi oyunçusu Duayt York fikirlərini belə ifadə edib: "İkinci dəfədir ki Azərbaycana səfər edirəm. Təşkilati işlər yüksək səviyyədədir və təbii ki, bu amil bizi sevindirir. Uşaqların həvəsli olması çox xoşdur. Həftə ərzində müsbət mənada fərqlənmiş 5 uşaq bəlkə də indiyəqədərki ən böyük arzularını gerçəkləşdirmiş olacaqlar. Bu, onlar üçün unudulmaz təcrübə olacaq. Mançesterdə keçəcəkləri hazırlıq onların gələcək futbol həyatına müsbət təsir göstərəcək. Azərbaycana qayıtdıqdan sonra təcrübələrini komanda yoldaşları ilə bölüşəcəklər. İnanıram ki, Mançester uşaqların xoşuna gələcək".

 
MY Yay Futbol Məktəbi MY Əfsanələri Millimizə daha yaxın olaq Barclays Premyer Liqasının Kuboku Millinin oyunçuları Bakcell-in Məlumat Mərkəzində Doğma Komandaya DogmaCin-lə dəstək olun!