2013 2014

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted” Yay Futbol Məktəbini ikinci dəfə Azərbaycana gətirib.
Layihə çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assossiasiyasının (AFFA) dəstəyilə Azərbaycanın 5 bölgəsində seçim turları təşkil olunub. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad Bakıda təşkil olunan və “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçirilən təlim-məşq toplantılarında iştirak edib.
 
Seçim turları 5-20 may 2014-cü il tarixlərində Tovuz, Gəncə, Qax, Sumqayıt və Bakıda keçirilib. Seçimlər AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə keçilib. Seçimlər zamanı uşaqların daha çox texniki xüsusiyyətlərinə diqqət yetirilib. Seçimlərdən müvəffəqiyyətlə keçən 32 uşaq "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə "Bakı" FK-nın Təlim-Məşq Bazasında məşqlərdə iştirak ediblər.
 
06.06.2014- cü il tarixində  "Bakı" FK- nın təlim- məşq bazasında keçirilmiş tədbirdə “Mançester Yunayted” Yay Futbol Məktəbini müvəffəqiyyətlə bitirən uşaqlar sırasından Mançesterə səfər edəcək 5 nəfərin adları elan olunub. Vəliəhd Səmədov, Zərrər Məmmədov, Əli Abbasov, Ramin Nəsirli və Duraxan Dövlətxanov "Mançester Yunayted" klubunun Mançester şəhərindəki Yay Futbol Məktəbində hazırlıq keçmək şansı qazanıblar.
 
Tədbirdə əvvəlcə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edib: "Artıq ikinci dəfədir ki, ölkəmizdə "Mançester Yunayted" Yay Futbol Məktəbinə seçimlər təşkil olunur. Bu proses respublikamızın demək olar ki, bütün bölgələrini əhatə etdi. Seçimlərdə iştirak edən 800- ə yaxın uşaq arasından 32 nəfər seçilərək Bakıdakı təlim- məşq toplanışında iştirak etmək hüququ qazandı. Bu mərhələdə isə "Mançester Yunayted" Yay Futbol Məktəbindən dəvət olunmuş məşqçilər tərəfindən 5 nəfər seçildi. Ümid edirəm ki, bu uşaqlar gələcəkdə Azərbaycan futbolunun inkişafında pay sahibi olacaqlar".
Bakcell şirkətinin baş marketinq direktoru Aynur Abjanova seçimlərdə iştirak edən bütün uşaqlara minnətdarlıq edib: "Uşaqlara bu seçim prosesinə qatıldıqları üçün "çox sağ olun" deyirəm. Bu layihə Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqlar üçün unikal imkanlar yaradır. Ötən il Mançester şəhərinə səfər etmiş, eləcə də seleksiya prosesində sınaqdan keçmiş uşaqların böyük əksəriyyəti futbola daha ciddi yanaşmağa başlayıb. Ümidvaram ki, uşaqlar onlar üçün yaradılmış bu şəraitdən maksimum istifadə edə biləcəklər".
Toplanışda iştirak edən uşqların hər birinə xatirə medalı və sertifikat təqdim edilib.
“Mançester Yunayted” Yay Futbol Məktəbinin təlim-məşq toplanışında seçilmiş 5 nəfər - Əli Abbasov, Duraxan Dövlətxanov, Zərrər Məmmədov, Ramin Nəsirli və Vəlihəd Səmədov iyulun 19-dan 26-dək AFFA-nın Elit Məşq layihəsinin koordinatoru İlham Əzizzadə və "Futbol Bakcell ilə" layihəsinin koordinatoru Kamal Tağızadənin müşayiəti ilə İngiltərənin Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində iştirak ediblər.
 
Ötənilki “Mançester Yunayted” Yay Futbol Məktəbinin nəticələri Azərbaycanın uşaq futbolunun işkişafına böyük töhfələr verib. Bakıda keçirilən təlim-məşq toplanışından seçilən 6 gənc istedad Mançester şəhərinə səfər edib əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted” Futbol Akademiyası, eləcə də, “Mançester Yunayted" Futbol Məktəbinin Mançester şəhərindəki Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak ediblər.
İştirakçılardan biri - Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksəlib.
Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir.
 
   
 
MY Yay Futbol Məktəbi MY Əfsanələri Millimizə daha yaxın olaq Barclays Premyer Liqasının Kuboku Millinin oyunçuları Bakcell-in Məlumat Mərkəzində Doğma Komandaya DogmaCin-lə dəstək olun!