Haqqında

 
23 sentyabr 2014-cü il tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti və İngiltərənin Mançester Yunayted futbol klubu arasında Bakcell şirkətinin dəstəyi ilə baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbinin açılacağını elan edib.
Futbol məktəbinin istedadlılar qruplarında hər birində 16 uşaq olmaqla 4 qrup fəaliyyət göstərir. Qruplarında təhsil pulsuzdur. İstedadlar qruplarına uşaqlar Mançester Yunayted klubundan ezam olunan məşqçilər tərəfindən 23 sentyabr tarixində Bayıl stadionunda seçiliblər.
İstedadlar qrupları iki yaş qrupu üzrə təşkil olunub:
1) U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq
2) U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq
Məşqlər Bayıl arena stadionunda Mançester Yunayted futbol məktəbindən ezam olunan məşqçi Michael Bennett  və yerli köməkçi məşqçi Elxan Abdullayev tərəfindən keçirilir. Məşqlərə başlamamışdan əvvəl uşaqlara həftədə iki dəfə 1 saat ingilis dili tədris olunur. Uşaqlar AFFA tərəfindən şəhərin müxtəlif istiqamətlərindən nəqliyyat vasitəsi, xüsusi idaman geyimləri ilə təmin olunurlar.
 
 
 
   
 
Haqqında