Bank Respublika

 
 
Bank Respublika öz fəaliyyətini 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib. 
 
Bankın missiyası və strateji baxışı
 
Bankın missiyası:
• Biz Azərbaycan bank sektorunun mühüm iştirakçısıyiq və ölkənin maliyyə sabitliyinin dəstəklənilməsini prioritet hesab edirik.
• Biz Azərbaycan vətəndaşlarına onların maliyyə imkanlarını reallaşdırmaqda köməklik göstəririk.
• Biz Azərbaycan şirkətlərinə cəmiyyətimiz üçün dəyərli olmaq istiqamətində yardım edirik.
• Müştəri və əməkdaşlarımız Bankın ən dəyərli kapitalıdır.
 
Bankın strateji hədəfləri:
 
“Bank Respublika” ASC-nın əsas strateji hədəfləri Kiçik və Orta biznes həmçinin, Mikro kreditləşmə sahələrində lider bank olaraq, riteyl bankçılıq sahəsində ilk 5 bank sırasında öz mövqeyini qoruyub saxlamaqdır.