“Baku Boulevard Hotel”in təqdimatında çəkilən “Otaq yoldaşı” layihəsi davam edir. Rubrikada milli komandanın təlim-məşq toplanışları zamanı eyni otaqda qalan futbolçular iştirak edir və bir-birlərini nə qədər yaxşı tanıdıqlarını nümayiş etdirirlər. Layihənin ən son iştirakçıları Ağabala Ramazanov və Mirabdulla Abbasov olub.