Şirkət haqqında məlumat:
ENSOL su təsərrüfatı, mühəndis-kommunikasiya və xüsusi infrastruktur layihələri üzrə ixtisaslaşmış podratçı şirkətdir. Şirkət su və kanalizasiya magistral xətləri, qaz nəqli və paylayıcı sistemlər, nasos stansiyaları, həmçinin mikrotunel texnologiyası ilə həyata keçirilən yeraltı mühəndis keçidləri üzrə layihələrin icrasında geniş təcrübəyə malikdir.
ENSOL kənd təsərrüfatı üçün pivot suvarma sistemləri, sənaye və xüsusi təyinatlı tikinti obyektləri üzrə layihələrin icrasında da iştirak edir. Müasir texnologiyalar və peşəkar komanda ilə həyata keçirilən layihələr Azərbaycanın infrastrukturunun inkişafına və dayanıqlı mühəndis sistemlərinin qurulmasına xidmət edir.