“Azərlotereya" ASC Azərbaycanın yeganə rəsmi lotereya təşkilatçısı və idman mərc operatorudur.
"Azərlotereya" ASC “Misli” məntəqələri və Misli.az veb-saytı ile idman mərc və lotereya oyunları həyəcanını güvənli və şəffaf şəkildə yaşamaq imkanı yaradır.
Paytaxt və regionlarda 17 yanvar 2022-ci il tarixindən fəaliyyətə başlamış “Misli” məntəqələri idman mərc oyunları və lotereya həvəskarları üçün şans mərkəzidir. Xüsusi konseptual dizaynla bəzədilən, oyunçular üçün həyəcan və şans dolu atmosfer yaradılan bu məntəqələrdə həm idman mərc oyunlarını oynamaq, həm lotoreyalar alaraq şanslarını sınamaq, həm də idman yarışlarını canlı izləmək imkanı var.
Misli.az veb-saytı isə idman yarışlarına əsaslanan sabit ehtimallı mərc və lotoreya oyunlarını dünya standartlarında öz müştərilərinə təklif edən rəsmi onlayn mərc məhsuludur. İdman mərc oyunları ilə bərabər əyləncəli və həyəcanlı virtual idman,virtual ani oyunlar və lotoreya oyunları da misli.az saytında iştirakçıları gözləyir. Qeyd edək ki, virtual idman və lotoreya oyunlarını qanuni və rəsmi şəkildə sadəcə “Misli” məntəqələri və
misli.az veb-saytında oynamaq mümkündür.
Qeyd edək ki, bütün oyunlar tam şəffaf qaydada və qanunlara uyğun olaraq keçirilir və qazanılan uduşların ödənilməsi də qanuna uyğun şəkildə həyata keçirilməkdədir.
Misli.az veb-saytı ilə bərabər “İOS” və “Android” proqram təminatlarını dəstəkləyən ağıllı telefonlardan misli.az-a rahat və sürətli şəkildə üzv olub mərc etmək və lotoreya oynamaq mümkündür.