İdmanda zorakılığın azalması

15.10.2014 tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası BMT-nin Uşaq Fondunun (UNICEF) “Uşaqlara qarşı zorakılığa son qoyaq” qlobal kampaniyasına qoşularaq, məşqçilər üçün həmin mövzuda təlim təşkil olunub.
 
 
 
AFFA və UNICEF-in Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində məşqçilər üçün “İdmanda zorakılığın azalması” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi idmanda zorakılığın aradan qaldırılması, oyunçu-oyunçu, oyunçu-hakim və məşqçi-oyunçu münasibətlərində zorakılığın qarşısının alınması, həmin münasibərlərdə diqqəti qarşılıqlı hörmət və sülhsevər qərarlara yönəltməkdir.
Məşğələlər Professor Emeritus fəxri adina layiq görünmüş UNICEF-in beynəlxalq idman elmi mütəxəssisi cənab Kolin Higgs tərəfindən keçirilib.
Təlimin əvvəlində UNICEF tərəfindən Uşaq və Yeniyetmə İnkişafı üzrə mütəxəssis (Youth and Adolescent Development Officer) Aidə Ailarova iştirakçıları salamlayıb və idmanda zorakılıq mövzusunun vacibliyini vurğulayıb.
Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.
 
 
 
Qızlar Bacarır İdmanda zorakılığın azalması Uşaq haqları və sağlam həyat tərzi Qızlarımıza futbol çox yaraşır! Xoşməramlı səfir - Şakira