Uşaqlara qarşı zorakılığa SON VERİLMƏSİ üçün SƏN nə edə bilərsən?
 
Uşaqlara qarşı zorakılığa SON VERİLMƏSİ üçün hamımızın iştirak edə biləcəyimiz bir çox yollar vardır. Əhəmiyyətli olan odur ki, uşaqlara qarşı zorakılığın qarşısını almaq mümkündür və buna son vermək hamının işidir.   
 
TƏŞKİL EDİN
Uşaqlara qarşı zorakılığa SON VERİLSİN adı altında tədbir təşkil edin. Tədbirdə uşaqları və icma üzvlərini zorakılığa son verilməsi mövzusunda şəkil çəkmək, posterlər hazırlamaq, videolar çəkmək üçün bir araya gətirin və həmin əl işlərini məktəbləriniz, dərsdən sonra keçirilən klublarınız və ya icma mərkəzləriniz vasitəsilə paylaşın.
Uşaqlara qarşı zorakılığa dair məlumatlılığı artırmaq üçün uşaqlara qarşı zorakılığa SON VERİLSİN adı altında yürüşlər və ya fləşmoblar təşkil edin. Yerli medianı məlumatlandırdığınızdan əmin olun və onlardan zorakılığa SON VERİLSİN təşəbbüsünə dair xüsusi hekayətlər hazırlamalarını xahiş edin.    
Müəllim və ya mentor qismində könüllü fəaliyyəti vasitəsilə öz icmanızda zorakılıqdan zərər çəkmiş uşaqlara dəstək əlinizi uzadın. Necə kömək edə biləcəyiniz haqqında məlumat əldə etmək üçün yaxınlığınızda yerləşən bir müvafiq təşkilat tapın.   
 
MAARİFLƏNDİRİN
Uşaqlara qarşı mövcud zorakılıq və pis rəftar hallarına son verməyə kömək edə biləcək yerli səviyyədə fəaliyyətləri müzakirə etmək və gələcəkdə uşaqlara qarşı potensial zorakılıq hallarının baş verməsinin qarşısını almaq üçün məktəbinizdə, iş yerinizdə və ya icmanızda uşaq qruplarına qarşı zorakılığa SON VERİLMƏSİ fəaliyyətinə başlayın. Müntəzəm şəkildə toplaşın -  bu məsələyə ayrıca həftə və ya ay ayırın. Bu barədə bizə danışın, yerli mediaya danışın, dünyaya danışın!   
Müəllimlər! Uşaqlara qarşı zorakılığı əhatə edən məsələlər barədə və zorakılığa məruz qalmış, eləcə də zorakılığın şahidi olmuş uşaqlara hansı yerli dəstəyin mövcud olduğu barədə tələbələrinizə danışın.
İctimaiyyət üçün açıq olan qrup müzakirələri hazırlayın. Zorakılığı aradan qaldırmaq üçün hansı yerli tədbirlərin hazırlanması barədə söhbət etmək üçün uşaqlara qarşı zorakılıq məsələləri üzrə yerli ekspertləri dəvət edin və çatışmazlıqların harada olduğunu və onları birlikdə necə aradan qaldırmağın mümkün olduğunu araşdırın.  
 
PAYLAŞIN
Yaradıcı olun! Özünüzün fərdi “Zorakılığa SON QOYULSUN!” etiketinizi hazırlayın – onu asanlıqla görünən bir yerə yapışdırın (ev və ya bina sahiblərindən onu divara yapışdırmaq üçün icazə istəyin!), “Zorakılığa SON QOYULSUN!” möhürü hazırlayın və onu kiminsə üzərinə (valideynlərinizin, dostlarınızın üzərinə və ya sadəcə ÖZÜNÜZ başlayın!) vurmaq üçün bitki mənşəli mürəkkəbdən istifadə edin, həmrəyliyinizi ifadə etmək üçün şəkil çəkin və @UNICEF #Zorakılığa SON QOYULSUN! Şüarından istifadə etməklə, həmin şəkli bizimlə paylaşın!   
Twitter, Facebook: Bizimlə paylaşın – sizə ilham verən fəaliyyətlər, məlumatlar və videolar haqqında bizə danışın. Tvitlər yazın və “Zorakılığa SON QOYULSUN!” etiketindən istifadə etməklə təkrar tvitlər göndərin.
 
http://www.unicef.org/azerbaijan/