az en
Təqvim Cədvəl Əsasnamə
 
2023/2024-cü il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 14 yaşadək (U-14) qadınlardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1.         Əsas müddəalar
 
1.1       Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1       AFFA U-14 Qızlar Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
•          Qadınlar arasında futbolun təbliği və kütləviliyi;
•          Qadın oyunçuların ustalıq səviyyəsinin yüksəldilməsi;
•          Qadın oyunçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması;
•          Komandaların mövsümün yekununda tutduqları yerin müəyyən edilməsi.
 
3.         İştirakçıların müəyyən olunması
 
3.1 AFFA U-14 Qızlar Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.                           
3.2 AFFA U-14 Qızlar Liqasında bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
 
4. Oyunçuların təvəllüdləri və liqalardakı iştirakı
 
4.1 AFFA U-14 Qızlar Liqasında 2010, 2011 və 2012-ci il təvəllüdlü oyunçular iştirak edə bilər.
4.2 AFFA U-14 Qızlar Liqasında 1 nəfər 2009-cu il təvəllüdlü oyunçu qeydiyyatdan keçirilə və meydançada ola bilər.
4.3 AFFA U-14 Qızlar Liqasında 2 nəfər 2013-cü il təvəllüdlü oyunçu qeydiyyatdan keçirilə, onlardan yalnız 1 nəfəri meydançada ola bilər.
 
5. Qeydiyyat qaydaları, transfer, icarə və sifariş məsələləri
 
5.1 Qızlar Liqası komandaları 2023-24-cü il mövsümündən etibarən “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsi ilə oyunçu/məşqçilərini qeydiyyatdan keçirdikdən sonra, komandanı tərtib edir. Yeni tətbiq edilmiş “Lisenziya Kartlarına Bax”  funksiyası vasitəsi ilə komandasına baxıb sonra onu yükləyib/çap etməklə oyunun keçirilmə yerinə gətirməlidir. Lisenziya kartları plastik formada olmayacaq. Lisenziya kartları A4 formatda çap edilmiş formada yarış yerinə gətirilməsi birbaşa klub/komandanın məsuliyyəti olacaq. Protokol çap edilmiş A4 lisenziya kartları ilə birgə hakimə təqdim olunmalıdır. Hər hansı neqativ hal və ya şübhə olduqda hakim lisenziyanı və oyunçunu əvvəlcədən “Play Market”dən yüklədiyi “AFFA QR Code Scanner” vasitəsilə lisenziyanı yoxlaya bilər. Lisenziya yoxlanılan zaman oyunçu mövsümdə aktivdirsə skan edildikdə telefonun/planşetin ekranında əks olunacaq. Mövcud deyilsə yenə ekranda müvafiq yazı ilə (mövcud deyil və ya digər şəxsin məlumatı/şəkli ilə) əks etdiriləcək. Çap olunmuş A4 lisenziya formasında sənədin yüklənmə tarixi və mənbəyi (Futbola qoşul) göstərilir. Bu yeni funksiyaya liqasından asılı olmayaraq bütün klub/komandaların giriş imkanı olacaq.
5.2 Hər bir oyunçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.3 Oyunçuların statusu və transferi ilə bağlı olan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən baxılacaqdır.
5.4 Hər oyunçu mövsüm ərzində ən çox iki klubda çıxış edə bilər.
5.5 Oyunçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilən qaydalar üzrə həyata keçirilməlidir:
a) Klubun əlavə sifariş etmək hüququna məhdudiyyət yoxdur.
b) Dövrələrarası fasilədə əlavə sifarişlərin sayına məhdudiyyət yoxdur. Sifarişlərin müddəti Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən əvvəlcədən rəsmi elan olunur.
c) II dövrə bitdikdən sonra komandalara play-off mərhələsinə hazırlaşmaq və heyətini gücləndirmək məqsədilə 1 həftə ərzində tranfer pəncərəsinə icazə veriləcək. Tranfer pəncərəsinin müddəti Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən elan olunacaqdır.
5.6 Transfer pəncərəsi dövründə edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. Transfer pəncərəsindən əvvəl və ya sonra edilən məsələlərə bağlı qərar növbəti mövsümə şamil edilir.
5.7 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
 
6. Klub və ya komanda tərəfindən təqdim olunmuş oyunçuların saxta sənədləri
 
6.1 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan aşağıdakı sənədlər saxta olarsa:
•          Doğum haqqında şəhadətnamə
•          Şəxsiyyət vəsiqəsi
•          Ümumvətəndaş pasportu
•          Tibbi arayış
•          Elektron formatda təqdim olunan 3x4 ölçüdə fotoşəkil
•          Müqavilə və s.
b) Bir oyunçunun digər oyunçuya məxsus olan elektron lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı;
c) Lisenziyasız oyunçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı;
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin (nəqliyyat xərci olmayan komandanın məşqçisinin xidmət haqqının) 100% miqdarında AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
 
6.2 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Oyunçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət);
b) Oyunçunun lisenziyasının ləğvi;
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi;
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C, D məşqçilik kateqoriyası) ləğvi;
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
 
7. İştirakçı komandanın öhdəlikləri
 
 
7.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
7.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
7.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (oyunçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışına görə məsuliyyət daşıyırlar.
7.4 Hər klub və ya komanda əlaqələndirici şəxsi təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Klub anketində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və s. göstərilməlidir.
7.5 AFFA U-14 Liqasında iştirak edən komandalar ölkə xaricinə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl  AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə AFFA U-14 Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda, liqanın oyunları həmin liqada sifariş olunmuş oyunçulardan ən azı 4 nəfəri yığma komandalara ezam olunarsa təxirə salınacaqdır.
7.6 Ev sahibi komanda oyunu 6 (altı) ədəd №4  top ilə təhciz etməlidir.
7.7 Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır.
7.8  Ev sahibi komanda qonaq komandanı oyun zamanı video çəkiliş apara bilməsi üçün lazımı şərait yaratmalıdır.
7.9 Ev sahibi komanda hakimlər və rəqib komandanı soyunub-geyinmə otağı ilə təmin etməlidir.
 
Oyun forması ilə bağlı qaydalar:
 
7.11 AFFA U-14 Qızlar Liqasının komandalarının formalarının üzərində həmin Liqanın şevronu əks oluna bilər.
7.12 AFFA U-14 Qızlar Liqasında iştirak edən yeni komandaların idman geyimləri AFFA tərəfindən verilir (Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir).
7.13 Forma seçimində üstünlük ev sahibi komandaya verilir. Komandalar öncədən oyun forması ilə bağlı razılığa gəlməlidirlər.
7.14 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
7.15 Oyunçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
Qeyd: Oyunçunun oyun formasının kürəyində nömrəsi olmadığı təqdirdə komanda və ya klub ilk halda nəzərdə tutulan yol xərcinin 50% miqdarında cəzalandırılır. Bu hal təkrarlanacağı təqdirdə pul cəzası 100% miqdarına çatdırılır.
7.16 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən Qadınlar Liqasının təşkili şöbəsinə məlumat verməlidir.
 
8. Yarışın keçirilmə sistemi
 
8.1 Yarışlar iki (2) seçmə mərhələ və final mərhələsindən ibarətdir.
 
I seçmə mərhələ
 
8.2       Birinci seçmə mərhələ iki dövrədən ibarət olacaqdır. AFFA U-14 Qızlar Liqasında ümumilikdə 28 komanda iştirak edir. AFFA U-14 Qızlar liqası bu mövsüm 4 regiondan – Paytaxt, Qərb zonası, Mərkəz zonası, Şimal-Qərb zonasından ibarətdir. Paytaxt regionunda 9 komanda öz aralarında iki dövrədən ibarət olmaqla yarışacaqlar. Paytaxt regionundan 4 komanda final mərhələsinə birbaşa vəsiqə qazanacaqdır. Qərb və Mərkəz zonasından ilk üç yeri tutan komandalar play-off mərhələsində Şimal-Qərb regionundan çıxan 2 komanda ilə qarşılaşacaqdır. Play-off mərhələsinin 4 qalib komandası Paytaxt regionunun 4 komandası ilə final mərhələsində qarşılaşacaq.
8.3       Komandaların birinci dövrədə topladığı xallar növbəti dövrədə qüvvədə qalır.
8.4       AFFA U-14 Qızlar Liqasında hər bölgə üzrə iştirak edəcək komandaların sayı, oyunların təşkili üçün seçilmiş mərkəz şəhərlər və oyunların keçirilmə sistemi aşağıda göstərilmişdir:
 
 
 
 
 
Region
 
 
 
 
Keçirilmə yeri
 
I seçmə mərhələ
 
 
Birbaşa Final mərhələsinə çıxan komandalar
 
 
II seçmə
mərhələsinə (play-off) çıxan
komandaların sayı
 
 
Final mərhələsinə çıxan komandaların sayı
 
1-ci dövrədəki iştirakçıların sayı
 
2-ci
dövrədəki
iştirakçıların sayı
 
Paytaxt regionu
Bakı
9
9
4
-
 
4
Qərb zonası
Göygöl
7
7
-
3
4
Mərkəz zonası
İsmayıllı
6
6
-
3
Şimal-Qərb zonası
Zaqatala
6
6
-
2
 
 
 
8.5       Yarışın təqvimi Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən tərtib olunur.
 
Qaliblərin müəyyən olunması
 
8.6       Birinci və ikinci dövrələrdə qaliblərin müəyyən olunması aşağıdakı kimidir:
a) Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə müəyyən olunur.
b) Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir.
c) Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur:
• Komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə əsasən;
• Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən;
• Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
• Bütün oyunlarda vurulmuş qolların sayına əsasən;
• Komandaların qələbə sayına əsasən;
• Ən az qırmızı və sarı vərəqələrə görə toplamış xalların fərqinə əsasən (sarı vərəqə 1     xal, qırmızı vərəqə 3 xal);
• Bütün göstəricilər eyni olarsa, yenidən komandalar arasında bir oyun keçirilir və nəticəyə əsasən turnir cədvəlində yer müəyyən edilir.
 
Play-off mərhələsi
 
8.7       Final mərhələyə aşağıda göstərilmiş qaydaya uyğun olaraq 8 komanda vəsiqə qazanır:
Bölgələrdə yarışan komandalar Final mərhələsinə yüksəlmək üçün II seçmə mərhələdə mübarizə aparır. II seçmə mərhələnin keçirilmə sistemi aşağıdakı kimidir:
I seçmə mərhələdə toplanan xallar II seçmə mərhələdə nəzərə alınmır.
II seçmə mərhələ oyunları play-off sistemi ilə keçirilir.
II seçmə mərhələdə ev, səfər sistemi tətbiq olunacaqdır. Hər bir komanda iki oyun oynayacaq və oyunlar neytral zonada keçiriləcəkdir.
İlk oyunlarda regionlar üzrə II və III yer tutan cütlüklər çarpaz olaraq qarşılaşırlar və qalib cütlüklər həmin regionlar üzrə birinci yer tutan komandalarla final mərhələsinə yüksəlmək üçün mübarizə aparır.
 
 
Final mərhələsi
 
8.8       Final mərhələsində 8 komanda iştirak edir.
8.9       Final mərhələsi 1/4, 1/2 mərhələlərindən, III yer uğrunda oyun və final oyunundan ibarətdir.
8.10      Final mərhələsinin 1/4 final cütlükləri püşkatma yolu ilə müəyyən olunur.
8.11      1/2 final mərhələsində məğlub olan komandalar üçüncü yer uğrunda, qaliblər isə çempionluq uğrunda mübarizə aparır.
8.12      Final mərhələsindəki oyunlarda ev, səfər sistemi tətbiq olunacaqdır. Hər bir komanda iki oyun oynayacaq və oyunlar Qadınlar liqasının təşkili şöbəsinin müəyyənləşdirdiyi mərkəzləşdirilmiş meydanda keçiriləcək. İki oyunun nəticəsinə əsasən qalib müəyyənləşməzsə, birbaşa penaltilər seriyasında müəyyən edilir. Hər komanda ilkin olaraq 5 zərbə vurmaq hüququna malikdir. Əgər 5 zərbədən sonra qalib müəyyənləşməzsə, penalti zərbələri qalib müəyyənləşənə qədər davam etdirilir.
 
9. Meydan
 
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir.
9.2 Meydanın uzunluğu (60-65 m.), eni (45-50 m.).
9.3 Meydanda iki qapı olmalıdır.
9.4 Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 9 m.
9.5 Cərimə meydanı qapı xəttindən 13 m. məsafədə olan paralel olmalıdır.
 
Meydanın sxemi:
 
 
 
10. Oyunun təşkili
 
10.1 AFFA U-14 Qızlar Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən təyin oluna bilər.
10.2 Qadınlar Liqasının təşkili şöbəsi hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyə və yaxud komandadakı əlaqələndirici şəxsə məlumat verir. Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
10.3 Hər bir klub və ya komandanın əlaqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlanmasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaqdır.
10.4 Komandalar oyunun başlanmasından 60 dəqiqə öncə oyun keçirilən meydana gəlməlidirlər. Oyun başlayan vaxta klub və ya komanda meydanda olmazsa aldığı yol xərcinin 50% miqdarında cəzalandırılır. Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır. (Fors-major hallarına rast gəlinərsə, komanda bu haqda təcili Qadınlar Liqasının təşkili şöbəsinə məlumat verməli və Qadınlar Liqasının təşkili şöbəsi bu halları araşdırıb müvafiq qərar verməlidir)
10.5 Elektron lisenziyalar komandalar tərəfindən çap olunub hakimə təqdim olunmalıdır. Oyundan əvvəl lisenziyalar oyunun  hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır.
10.6 AFFA U-14 Qızlar Liqasında bütün komandalar AFFA tərəfindən nəqliyyat xərcləri ilə təmin olunur (Peşəkar futbol komandalar istisna olmaq şərti ilə).
10.7 AFFA U-14 Qızlar Liqasında mərkəzləşdirilmiş yerlərdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
10.8 Pandemiya dövründə oyuna başlamazdan öncə mütləq olaraq toplar dezinfeksiya edilməlidir.
10.9 Pandemiya dövründə hər bir komanda ehtiyat oyunçu oturacaqlarında sosial məsafə qaydalarına riayət etməlidir.
10.10 Təcili Tibbi Yardım maşını və ya həkim briqadası oyundan 15 dəqiqə əvvəl meydançanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz).
10.11 Oyunlara ev sahibliyi edən stadion oyun zamanı təhlükəsizliyə görə məsuliyyət daşıyır. Oyuna ən azı 15 dəqiqə qalmış meydanın ərazisini polislə təmin etməlidir (Qeyd: Paytaxt zonasında oyunlara ev sahibliyi edən stadionu  polislə AFFA təmin edir). Polis olmadan baş hakim oyunu başlaya bilməz.
11. Oyun qaydaları
 
11.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir. 
11.2 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 30 (otuz) dəqiqə, hissələrarası fasilə isə 10 (on) dəqiqədir.
11.3 Yalnız rəsmi heyətdən 4 nəfər və 9 oyunçunun ehtiyat skamyalarında oturmalarına icazə verilir.
11.4 Top qapı xəttindən kənara çıxarsa top meydana ayaq ilə daxil olunmalıdır (top oyuna qapıdan əllə deyil, ayaq ilə daxil olunur)
11.5 Texniki zonada tütün məmulatları istifadə etmək, həmçinin elektron siqaret çəkmək qadağandır. 
 
12. Oyun zamanı oyunçuların əvəzlənməsi
 
12.1 Oyun ərzində hər komanda 9 əvəzetmədən istifadə edə bilər.
12.2 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş oyunçularla həyata keçirilir.
12.3 Meydana daxil olmağa hazırlaşan oyunçu hakimə çap olunmuş elektron lisenziya ilə yaxınlaşmalıdır.
12.4 Oyun ərzində ehtiyat oyunçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 5 oyunçu eyni zamanda edə bilər.         
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
                                                                       
13. Oyunun protokolu
 
13.1 2023-24-cü il mövsümündə AFFA U-14 Qızlar Liqasında elektron “FCMS – Yarışların İdarəetmə Sistemi” tətbiq olunacaq.
13.2 Oyun protokoluna 18 oyunçunun (9 əsas, 9 ehtiyat) adı və soyadı yazılır.
13.3 Oyunun başlamasına 75 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə oyunçuların adları, soyadları yazmalı və müvafiq oyunun hakiminin elektron poçt adresinə göndərilməlidir. Protokolda hər hansı bir dəyişiklik olduğu halda, oyunun hakiminə oyun başlayana kimi çap olunmuş protokol oyunçuların elektron lisenziyaları ilə birlikdə təqdim edilməlidir. Komandalar oyunun başlanmasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
13.4 Protokoldakı oyunçunun  adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Elektron protokolun çap olunmuş forması hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
13.5 İlk 9-luq kimi protokolda göstərilən oyunçular oyuna başlayır. Oyunçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir. Pandemiya dövründə yalnız 4 rəsmi şəxsin ehtiyat skamyada oturmalarına icazə verilir.
13.6 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
•          Ad;
•          Soyad;
•          Ata adı;
•          Təvəllüdü;
•          Klubu;
•          Fotoşəkil;
•          İdman;
•          Rol;
•          Mövsüm;
•          AFFA ID (Lisenziyanın nömrəsi).
13.7 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
13.8 Yalnız ehtiyat oyunçu kimi göstərilən 9 nəfər oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş oyunçu meydana bir daha qayıda bilməz.
13.9 Oyunun başlaması üçün hər komandanın əsas heyətində minimum 7 nəfər oyunçu olmalıdır. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan nəqliyyat xərcinin 100% miqdarında cəzalandırılır  və oyunun protokolu bağlanılır.
13.10 Pandemiya dövründə oyun başlamazdan əvvəl komanda tərkibində COVID-19-un (yüksək hərarət və s.) simptomları aşkarlanarsa, komandanın oyuna başlaması üçün yetərsay olmazsa bu halda komanda oyuna 2 nəfər azlıqda (7 nəfər) davam edə bilər. Simptom aşkarlanan oyunçuların sayı 2-dən çox olarsa, oyun təxirə salınır.
13.11 Oyun zamanı zədələnmə və s. kimi hallar baş verərsə,oyunçu dəyişikliyi üçün ehtiyyat oyunçu olmazsa  komanda 7 nəfər ilə (2 nəfər azlıqda) oyuna davam edə bilər. 6 nəfər oyunçu ilə oyuna davam edilə bilməz.
13.12 Pandemiya dövründə hər iki komanda eyni vaxtda tuneldə olmamalı, bir-birinin yanında dayanmamalı,oyundan öncə sıra düzülüşünə çıxmamalı, əl sıxmamalı və aidiyyatı komandalara məxsus vimpelləri bir-biri ilə dəyişdirməməlidir.
 
14. Oyun protokolunda oyunçu adlarının yer dəyişməsi
 
14.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra oyunçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
•          Əgər ilk 9-luqda göstərilən hər hansı oyunçunun oyundan öncə fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 9 ehtiyat oyunçudan biri ilk 9-luğa daxil ola bilər. Bu halda oyun ərzində komandanın 9 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
•          Əgər oyun protokolunda göstərilən 9 ehtiyat oyunçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin elektron lisenziyası olan digər bir oyunçu ilə əvəzlənə bilər.
 
15. Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
 
15.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir. Bu hal 3 dəfə təkrarlanarsa komanda İntizam Komitəsinin qərarına əsasən turnirdən kənarlaşdırılır.
15.2 Səbəbindən asılı olmayaraq (yaş limitinin pozulması; yetər say olmadığı halda; oyuna gəlmədiyi halda və s.) çempionat ərzində 3 texniki məğlubiyyət alan komanda avtomatik turnirdən kənarlaşdırılır.
15.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmaya bilər.
15.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, Qadınlar Liqasının təşkili şöbəsi klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
 
16. Hakimlik və İnspeksiya
 
16.1 AFFA U-14 Qızlar Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakim idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi  AFFA U-14 Qızlar Liqasının oyunlarına 1 nəfərdən ibarət hakim təyin edir.
16.2 Hakim oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdır.
16.3 Hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlanmasına kimi həll etsin.
16.4 Protokollar oyun bitdikdən sonra növbəti günü saat 11:00 qədər AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsinə elektron poçt vasitəsilə göndərilməlidir.
16.5 Baş hakim oyunun elektron protokoluna adı daxil edilmiş oyunçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş oyunçuların və iştirakçıların çap olunmuş elektron lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
16.6 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
17. AFFA intizam qərarları
 
17.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Oyunçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
Sarı və qırmızı vərəqələr
 
17.2 Sarı və qırmızı vərəqələrə görə məsuliyyəti komanda və ya klub daşıyır.
17.3 Qırmızı vərəqə alan oyunçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxır.
17.4  Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
17.5 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan oyunçu növbəti turu buraxmalıdır.
17.6 Liqanın hər hansı mərhələsində alınmış qırmızı vərəqələr öz qüvvəsində qalır.
17.7 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan oyunçuların cəzaları qüvvədə qalır.
17.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan oyunçuları cəza çəkmiş hesab olunur.
17.9 Oyunçu qırmızı vərəqə alıbsa və İntizam Komitəsi növbəti oyuna qədər bu barədə qərar çıxarmayıbsa, həmin oyunçu qərar çıxana qədər oyunları buraxmalıdır.
17.10 Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır).
17.11 Oyunçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
 
18. Protestlər
 
18.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsinə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsinə çatdırılmalıdır. 
18.2      Protestlərə aşağıdakı hallarda baxılmır:
•          9 metrlik cərimə zərbələrinin təyin olunması
•          9 metrlik cərimə zərbələrinin təyin olunmaması
•          Oyundankənar (off-side)  vəziyyətin müəyyən edilməsi barədə
•          Topun qapı xəttini keçib-keçməməsi barədə
18.3 İntizam Komitəsinin qərarlarından qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər.  Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
19. Mükafatlandırma
 
19.1 Liqada ilk 3 yeri tutan komandaların oyunçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunur.
19.2 Mövsümün sonunda liqanın bombardiri (ən məhsuldar oyunçusu), ən yaxşı oyunçu və ən yaxşı qapıçısı seçilir və mükafatlandırılır.
 
 
20. Mətbuat
 
20.1 Oyundan sonra müraciət olunduqda hər hansı oyunçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
21. Stadion və iştirakçı komandaların təminatı
 
21.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
a)         Top №4 (təsdiq edilmiş sayda);
b)         Qapı toru;
c)         Oyun gödəkçələri (jilet);
d)         İcarə haqqı.
21.2     Mövsüm ərzində AFFA tərəfindən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin    
           olunur (Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir):
 
a.         Top №4 (təsdiq edilmiş sayda);
b.         Nəqliyyat xərcləri (təsdiq edilmiş miqdarda);
c.   Oyun formaları
 
22. Reklam lövhələri və aksiyaları
 
22.1  Meydanda tələb olunarsa reklam lövhələri yerləşdirilməlidir.
22.2  Meydanda reklam lövhələrinin (1 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır:
 
23. Cərimələrin tətbiqi
 
23.1 AFFA tərəfindən komandalara oyunlar üçün nəqliyyat vasitələri, nəqliyyat xərcləri və komanda məşqçiləri üçün xidmət haqqı təyin olunur (peşəkar komandalar istisna olmaq şərtilə). Komandaların oyuna gəlmədiyi, yaş limitinin pozulması,  yetərsay olmadığı və bir sıra digər səbəblərdən oyunlar baş tutmadığı təqdirdə İntizam Komitəsinin müvafiq qərarına əsasən nəqliyyat xərcləri və ya xidmət haqqından cərimə tətbiq oluna bilər. Cərimələrin tətbiqi aşağıdakı kimidir:
a)         Səbəbindən asılı olmayaraq (yaş limitinin pozulması; yetər say olmadığı halda; oyuna gəlmədiyi halda və s.) texniki məğlubiyyət alan komanda nəqliyyat xərcinin  (nəqliyyat xərci olmayan komandanın məşqçisinin xidmət haqqının) 100% miqdarında cəzalandırılır;
b)         Oyuna gecikmə halı baş verərsə, (təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə və ya ev sahibi komanda oyunun vaxtında başlamasına şərait yarada bilməzsə: təcili tibbi yardımla təmin etməməsi səbəbilə və s.) komanda nəqliyyat xərcinin (nəqliyyat xərci olmayan komandanın məşqçisinin xidmət haqqının) 100% miqdarında cəzalandırılır;
c)         Oyunçunun oyun forması qaydasında olmadığı təqdirdə (formasının kürəyində nömrəsinin olmaması; futbol corablarının altında qoruyucular (şitki) olmaması və s. hallarda) komanda məşqçisinin nəqliyyat xərcindən (nəqliyyat xərci olmayan komandanın məşqçisinin xidmət haqqının) ilk halda 30%, bu hal ikinci dəfə təkrarlanarsa 50% tutulacaq. Bu hal 3-cü dəfə təkrarlandığı təqdirdə həmin qaydaları pozan komanda çempionatdan kənarlaşdırılacaq.
Baş Sponsor 
Partnyorlar