İsmayıllı Olimpiya İdman Kompleksində AFFA-nın təşkilatçılığı, AccessBank və UNICEF-in dəstəyi ilə “3x3 Qızlar” turniri keçirilib. Turnirdə 78 komanda, 390 oyunçu iştirak edib. Onlardan 146 nəfəri indiyə qədər hər hansı turnirdə iştirak etməmiş oyunçular olub.
Turnir zamanı “Dəqiq zərbə”, “11 metrlik zərbə”, “Futbol tennis” və s. yarışlar təşkil olunub. Qaliblərə hədiyyələr 19 və 21 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi Patrisiya Gonzales, 15 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi Siyasət Əsgərov və AccessBankın nümayəndələri tərəfindən təqdim edilib.
3 yaş qrupu üzrə keçirilmiş turnirdə ilk üç yeri tutmuş komandaları diqqətinizə çatdırırıq:
Elite |
Senior |
Junior |
Garabagh |
Imishli |
Ganja Ulduzlar |
Real |
Sumgayit 5 |
Mingachevir |
Ahmedli United |
Imishli 55 |
Gakh UGIM 2 |