"TAJ" ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında əməkdaşlıq 2005-ci ildə başlamışdır. Tərəfdaşlıq çərçivəsində "Aquavita" Azərbaycan milli komandasının oyunlarında rəsmi su markası oldu.
2018-ci ildə "TAJ" şirkəti milli futbol komandasına dəstək məqsədi ilə "Dəstək Milli Komandası" adlı təşəbbəsünü yaratdı. Millətlər Liqasından əvvəl şirkət milli komandanın oyunçularını dəstəkləmək üçün azarkeşlərə tərəf yönəlmiş futbolçu obrazı ilə unikal su seriyası “Aquavita” satışa çıxardı.
Etiketdə yer alan "Dəstək Milli Komandası" nişanının məqsədi azarkeşləri stadiona gəlməyə həvəsləndirmək, vətənpərvərlik və qələbəyə inam yaratmaq idi.
“AquaVita” haqqında
"Aquavita" ticarət nişanı “TAJ” şirkətinin əsas ideologiyası olan sağlam həyat tərzini və idman tədbirlərini dəstəkləyir, bir çox idman klubları ilə tərəfdaşdlıq edir.
"TAJ" şirkəti 20 ildən çoxdur fəaliyyət göstərir. Yüksək keyfiyyətli xammaldan, qabaqcıl və mütərəqqi texnologiyalardan istifadə, həmçinin Rusiya, Almaniya, Fransa, Türkiyə kimi ölkələrdən su təmizlənməsi problemləri ilə məşğul olan yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsi şirkət məhsullarının yüksək qida dəyəri və əla dad keyfiyyətlərini təmin edir.