Əsası 1997-ci ildə qoyulmuş “TAC” şirkəti hal-hazırda da öz işində əsas devizini rəhbər tutur – “Suyun keyfiyyəti – həyatın keyfiyyətidir!”, müəssisənin uğuru və yerli bazarda nüfuzu məhz bununla əlaqədardır.
Yüksək keyfiyyətli xammaldan, qabaqcıl texnikadan və proqressiv texnologiyadan istifadə, habelə ixtisaslaşmış mütəxəssislərin işə cəlb edilməsi və Azərbaycan Respublikasının, Rusiyanın, Almaniyanın, Türkiyənin su hazırlanması problemləri ilə məşğul olan ETİ ilə əməkdaşlıq məhsulun yüksək qida dəyərliliyini və gözəl dad xüsusiyyətlərini təmin edir.
Hazırda yaranmış mürəkkəb ekoloji şəraitdə istehlakçıların “canlı” təbii su və ekoloji cəhətdən təhlükəsiz spirtsiz içkilərlə təmin edilməsi “TAC” MMC-nin əsas vəzifələrindəndir və müəssisə bu vəzifənin öhdəsindən uğurla gəlir.
“TAC” MMC-nin məhsulları beynəlxalq İSO 9001:2013 sertifikatları, habelə buraxılan məhsulun təkcə yüksək keyfiyyətini deyil, həm də təhlükəsizliyini təsdiq edən nüfuzlu HACCP sertifikatı ilə təltif edilmişdir. Qeyd edək ki, Avropa İttifaqı ölkələrində, ABŞ-da, Kanadada qida sənayesində HACCP metodunun tətbiqi və müəssisənin HACCP sistemi üzrə sertifikatlaşdırılması mütləqdir. Bununla əlaqədar olaraq, “TAC” şirkəti istehlak bazarında keyfiyyətli və təhlükəsiz məhsulların sabit istehsalına zəmanət verir.
Təbiətdəki su mükəmməl təmiz olmur. Onda müxtəlif qazlar və duzlar həll olmuşdur, asılı sərt hissəciklər vardır. Şirin sularda qarışıqların miqdarı adətən, 0,01%-dən 0,1%-dək (kütlə) dəyişir.
Təbii suyu müxtəlif qarışıqlardan təmizləmək üçün suyun bir neçə işlənmə üsulu vardır:
- membran qurğularında əks osmosun istifadəsi ilə filtrləmə,
- aktivləşdirilmiş kömürdə adsorbsiya,
- kimyəvi işlənmə (xlorlaşdırma və ozonlaşdırma),
- ion mübadiləsi materiallarından istifadə,
- suyun distillə edilməsi.
Bu üsullardan hər birinin həm üstünlükləri, həm də çatışmazlıqları vardır. Dünya su hazırlanması təcrübəsində ən çox yayılmış üsul membran filtrləməsidir, lakin çox təəssüf ki, bu halda su distillə edilmiş alınır, onun həyati vacib makro - və mikroelementlərlə əlavə minerallaşdırılması isə bu suyu süni edir.
Xudat yaxınlığındakı ekoloji təmiz meşə massivində yerləşən artezian quyusundan 400 metr dərinlikdən çıxarılan “AQUA VİTA” suyu ətraf mühitin bioloji və kimyəvi çirklənmələrindən etibarlı mühafizə olunmuşdur. “TAC” şirkətinin əsas vəzifəsi – bu suyun unikal təbii keyfiyyətlərini qoruyub saxlamaqdır.
“TAC” firması suyun hazırlanması zamanı prinsipial olaraq əks osmos qurğularından istifadə etmir, öz müştərilərinə “canlı”, yüksək keyfiyyətli təbii su tədarük etməyə üstünlük verir. Su distillə mərhələsindən keçmir və bununla da bütün mineral maddələr kompleksini “canlı” saxlayır. İstehsalın bütün mərhələlərində suyun kimyəvi, mikrobioloji və orqanoleptik yoxlanışları aparılır. Bu vəzifələrin yerinə yetirilməsi zavodda uğurla fəaliyyət göstərən kimyəvi və mikrobioloji laboratoriyaların işçilərinin öhdəsindədir.
Zavoda gətirilən su bütün mexaniki qarışıqlardan təmizlənir, UB şüalarla zərərsizləşdirilir və bütün sanitariya-gigiyena norma və qaydalarına (həmçinin HACCP tələblərinə cavab verən) riayət edilməklə müxtəlif tutumlu butulkalara doldurulur. Ozonlaşdırma və ya suyun ozonla (Оз) zənginləşdirilməsi əməliyyatı suyu uzun müddət tərkibi dəyişilmədən və sağlamlıq üçün təhlükə olmadan saxlamağa imkan verir.
“AQUA VITA” suyu bioloji cəhətdən zəruri olan əsas makro - və mikroelementlərin miqdarına görə fizioloji tam dəyərlilik meyarlarına tam uyğun gəlir. Suda kalsium və maqneziumun olması hipertoniyanın, yüksək arterial təzyiqin və ürək aritmiyasının profilaktikasına imkan yaradır, sümük toxumasını möhkəmləndirir və sinir sisteminə faydalı təsir göstərir.
Onu da qeyd etmək lazımdır ki, təbii su olan “AQUA VİTA” da “Evian”, “Volvik”, “Vittel” kimi dünya markaları ilə bir sırada bütün dünyada daha bahalı, lakin həm də istifadədə daha çox üstünlük verilən su hesab edilir.
Müəssisənin zavodu Alman “Krones” istehsalı olan müasir avadanlıqla təchiz edilmişdir, burada istehsalat dövriyyəsinin bütün texnoloji əməliyyatları avtomatlaşdırılmış rejimdə aparılır.