AccessBank

2010-cu ildən başlayaraq AccessBank, gələcək 4 il müddətinə Azərbaycan milli futbol yığmasının, qadın yığma komandasının, futzal yığma komandasının, Azərbaycan çimərlik futbol yığmasının, eləcə də gənc yığma komandalarının (U-15,U-16,U-17,U-19,U-21) rəsmi sponsoru oldu. AccessBank AFFA-nın bütün Azərbaycan məktəblərində, xüsusilə də uşaqlar arasında, futbolun inkişafına istiqamətlənmiş dəyərli fəaliyyətini dəstəkləyir və bu məqsədə nail olmaq üçün AFFA ilə əməkdaşlıq edəcək.