Atena

11.05.2011-ci il tarixində fəaliyyətə başlayan ATENA MMC sahib olduğu süd texnologiyası və iş metodu ilə sadəcə Azərbaycanda deyil, dünyada sayılıb-seçilən bir süd toplama ferması və istehsal müəssisəsidir. Bütün süd məhsullarının qida dəyərlərini mühafizə etmək üçün, sahib olduğu texnologiya vasitəsi ilə istehsalın hər nöqtəsində ona nəzarət edir.
 
ATENA gün ərzində 400 ton çiy südün istehsalını avtomatik avadanlıqlar vasitəsilə həyata keçirir. 12.000 m2-i qapalı olmaqla ümumilikdə 240.000m2 ərazini əhatə edir.
ATENA süd və süd məhsulları bazarına ilkin olaraq 32 növ məhsulla daxil olub, bu gün isə artıq 40 növ fərqli məhsulla müştərilərinə xidmət etməkdədir.
 
ATENA istehsal etdiyi süd məhsullarının sağıldığı nöqtədən satıldığı nöqtəyə 24 saat ərzində çatdırılmasına zəmanət verir. Bunun sayəsində ATENA markalı məhsullar (süd, qatıq, ayran, pendir) əminliklə, heç bir qatqı maddəsindən istifadə edilmədən, təbii (qatqısız) və təravətdən gələn ləzzəti ilk sağıldığı andakı kimi özündə saxlayır.
 
ATENA özü inkişaf etməklə yanaşı müəssisədə çalışan işçilərin, müştərilərin, fermerlərin, təchizatçıların və istehlakçıların inkişafını da nəzərdə tutur