Paşa Sığorta

“PAŞA Sığorta” açıq səhmdar cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bundan başqa, şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması, onun gələcək inkişafı üçün zəruri potensialının mövcudluğundan xəbər verir. 
 
Sığorta xidmətləri bazarında “PAŞA Sığorta” şirkəti özünü universal sığorta şirkəti kimi təqdim edir. Şirkət həm fərdi, həm də korporativ müştərilər üçün 35 icbari və könüllü sığorta xidməti növü təklif edir. “PAŞA Sığorta” şirkətinin biznes-proseslərinin əsasında milli bazarın xüsusiyyətləri nəzərə alınmaqla, ən qabaqcıl Qərb təcrübələrinin mexanizmləri durur. Şirkətimiz “AMCHAM”, “Global Compact”, “IMIA” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlatda üzv kimi təmsil olunur.