Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və "Paşa Sığorta" şirkəti 2011-ci ildə əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
Sazişi AFFA-nın baş katibi Elxan Məmmədov və "Paşa Sığorta"ın idarə heyətinin sədri Nofəl Rzayev imzalayıb. 2011-ci ildən etibarən "Paşa Sığorta" sığorta şirkəti AFFA-nın rəsmi sığorta tərəfdaşıdır.
Paşa Sığorta haqqında
Sığorta xidmətləri bazarında “PAŞA Sığorta” şirkəti özünü universal sığorta şirkəti kimi təqdim edir. Şirkət həm fərdi, həm də korporativ müştərilər üçün 35 icbari və könüllü sığorta xidməti növü təklif edir. “PAŞA Sığorta” şirkətinin biznes-proseslərinin əsasında milli bazarın xüsusiyyətləri nəzərə alınmaqla, ən qabaqcıl Qərb təcrübələrinin mexanizmləri durur. Şirkətimiz “AMCHAM”, “Global Compact”, “IMIA” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlatda üzv kimi təmsil olunur.