Tirə Zərbə

2017-ci ildə PAŞA Sığorta şirkətinin təqdimatında “Tirə Zərbə” rubrikasına start verilib. AFFA və PAŞA Sığortanın Facebook səhifəsi vasitəsilə paylaşılan videoların əsas məqsədi milli komandamızın üzvlərini azarkeşlərə daha yaxın etmək, izləyicilər üçün əyləncəli müsabiqə təşkil etməkdir. Rubrika zamanı milli komandanın futbolçuları daha fərqli və interaktiv şəkildə azarkeşlərə təqdim olunur.
 
Rubrikada iştirak edən milli komandanın futbolçularına maksimum sayda topu tirə vurmaq üçün 1 cəhd və 10 top verilir. Hər həftə futbolçular bir-biri ilə yarışaraq rekordu yeniləməyə çalışır.
 
Rubrika üç hissədən ibarətdir. İlkin olaraq, AFFA və PAŞA Sığortanın rəsmi Facebook səhifələrində növbəti həftə rubrikada iştirak edəcək futbolçu elan edilir. İkinci hissədə, AFFA tərəfindən anons videosu hazırlanır və PAŞA Sığortanın səhifəsində azarkeşlər müsabiqədə iştirak etməyə dəvət edilir. Burada azarkeşlər şərh bölməsində elan edilmiş futbolçunun neçə topu tirə vuaracağı barədə proqnozunu qeyd edir. Sonda isə əsas video AFFA və PAŞA Sığortanın Facebook səhifəsində paylaşılır. İlk düzgün cavab verən izləyici müsabiqənin sonunda qalib elan olunur.
 
Sosial media kanallarında isə bu təşəbbüsü 760 mindən çox insan nəzərdən keçirib. Ümumi olaraq, milli komandanın 10 futbolçusu rubrikada iştirak edib və rekord 10 topdan 6-nı tirə vurmaqla 4 futbolçumuza məxsusdur:
 
 
Bundan əlavə, “Tirə Zərbə” rubrikasının xüsusi buraxılışında 3 veteran futbolçumuz iştirak edib. Bunlar, Mahmud Qurbanov, Yunis Hüseynov və Vidadi Rzayevdir. 
 
Əgər siz də milli komandamızın futbolçuları arasında keçirilən müsabiqəni görmək istəyirsinizsə, o zaman AFFA və PAŞA Sığortanın rəsmi facebook səhifələrini izləyin!
 
 

 
Tirə Zərbə