Ən yaxşı oyunçu 2016
PAŞA Sığorta təqdimatında
Ötən ilin son günlərində AFFA-nın rəsmi Facebook kanalında PAŞA Sığorta-nın təqdimatında “Ən yaxşı oyunçu” nominasiyası elan edildi. Yeni nominasiyasının şərtlərinə əsasən, ötən ilin ən yaxşı oyunçusunu azarkeşlər Facebook səsverməsi ilə seçirlər. “Ən yaxşı oyunçu” nominasiyası ötən ildən başlayaraq, hər il keçiriləcək. Seçim 2016-cı il ərzində Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda meydana çıxmış oyunçular arasında keçirilib.
 
2016-cı ildə rəsmi oyunlarda meydana çıxmış oyunçuların siyahısı: Əfran İsmayılov, Ağabala Ramazanov, Araz Abdullayev, Arif Daşdəmirov, Bədavi Hüseynov, Deniz Yılmaz, Dmitri Nazarov, Kamran Ağayev, Eddi İsrafilov, Emin Mahmudov, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Namik Ələskərov, Rahid Əmirquliyev, Ramil Şeydayev, Rəşad Sadıqov, Ruslan Qurbanov.
..................................................................................................................................................................................................................................................
Ən yaxşı oyunçu təyin olundu
 
 
AFFA-nın Facebook səhifəsində keçirilmiş səsvermədə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov ən çox səs toplayıb. Qalib bu ayın sonu təşkil olunacaq tədbirdə Paşa Sığorta tərəfindən mükafatlandırılacaq.