Qızlar arasında futzal turniri

AccessBank qızlar arasında futzal turniri təşkil etdi
 
Bakı, 29 mart 2013-cü il. AccessBank Azərbaycanın şimal-qərb regionunda məktəb yaşlı qızlar arasında futzal turniri təşkil edib. Novruz bayramına həsr olunmuş bu turnir AFFA təmsilçisi olan Şimal-Qərb Regionu üzrə Futbol Federasiyasının dəstəyi ilə həyata keçirildi. Mingəçevir şəhərin Avarçəkmə Kompleksinin zalında keçirilən yarişda 6 şəhərin (Zaqatala, Şəki, Qax, Gəncə, Mingəçevir və Naftalan) komandaları iştirak etdi. Azarkeşlərlə bərabər, turnirdə qonaq qismində Azərbaycan qadın yığma komandasının (U19) məşqçisi Patrisiya Qonsales, ŞQRFF Prezidenti, beynəlxalq dərəcəli hakim Rövşən Əhmədov, eləcə də Mingəçevir şəhər icra hakimiyyətinin nümayəndələri iştirak etdilər. Kubok uğrunda mübarizədə Zaqatala şəhərinin komandası Şəki komandasını məğlub edərək birinciliyi əldə etdi. Üçüncü yeri isə Qax şəhərinin komandası tutdu. Turnirin qaliblərinə Bankın adından hədiyyələr və diplomlar təqdim olunub. 2010-cu ilin aprel ayından etibarən AccessBank AFFA-nın və Azərbaycan milli futbol komandalarının, o cümlədən qadın yığma komandalarının, futzal üzrə yığma komandaların, çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının, eləcə də gənclər yığma komandalarının sponsorudur. Bank AFFA-nın Azərbaycan futbolunun inkişafına yönəldilmiş fəaliyyətini dəstəkləyərək idmanın inkişafına və sağlam həyat tərzinə öz töhfəsini verir..
 
 
 
ACCESSCUP qızlar turniri 3x3 Qızlar turniri 3x3 Qızlar turniri Ismayıllı Millimizi sevin Uşaq evləri arasında futbol turniri Qızlar arasında futzal turniri Futbol həftəsi