Layihə Haqqında

Ölkəmizdə futbolun inkişafı, kütləviliyinin artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Bakcell şirkəti ilə əməkdaşlığı çərçivəsində 2013-cü il mayın 1-də birgə yeni layihəyə start verib. "Futbol Bakcell ilə" layihəsi AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədi daşıyır. Layihə başlayarkən iki yaş qrupu üzrə - 8-10 və 10-12 yaşlı uşaqlar həftədə iki dəfə təmənnasız olaraq məşq keçmək imkanı əldə ediblər. Eyni zamanda bütün məşq ləvazimatları da AFFA tərəfindən təmin olunur.
 
"Futbol Bakcell ilə" layihəsinə AFFA tərəfindən Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 56-58 ünvanında inşa olunmuş süni örtüklü meydançada start verilib. Daha sonra isə Bakıda 6, Sumqayıt və Gəncədə hərəsində 2 meydança olmaqla cəmi 10 meydança layihə çərçivəsində istifadəyə verilib.
 
 - Badamdar qəs, Tofiq Məmmədov küç 9  - məşqçi  Cavanşir Mehbəliyev
 - Xətai rayonu, Nobel pros. 2208, AFFA meydançası- məşqçi İradə Quliyeva
 - Nizami rayonu, Rüstəm Rüstəmov küç 56-58 - məşqçi Nəbi Xanciğanov
 - Səbail rayonu, Uzeyir Hacıbayov küç 45, məşqçi Vladislav Ledyayev
 - Yasamal rayonu, Süleyman Dadaşov küç 577 - məşqçi Kəmalə Ibadullayeva
 - Bina settlement  Affa meydançası – məşqçi Samir Ələkbərov
 - Sumqayıt , Idrak liseyi  -  məşqçi Zahir Əsgərzadə
 - Sumqayıt şəh - 1ci mik, 1 nömrəli məktəb, məşqçi Vüqar Quliyev
 - Gəncə şəh –  24 Gəncə pros məşqçi Rafiq Qurbanov
 - Gəncə şəh -  Sh. Xətai küç, məşqçi İbrahim Hüseynov
 
Əvvəlcə AFFA-nın prezidenti Rövnəq Abdullayev və Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer yeni tikilmiş bu meydançanın qarşısında qırmızı rəmzi lenti kəsib. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun və dünya şöhrətli veteran futbolçu Duayt Yorkun topa ilk toxunuşundan sonra Bəhmən Həsənovun rəhbərliyi ilə meydançada müxtəlif yaşlı uşaqların məşqi başlayıb.
AFFA- nın prezidenti Rövnəq Abdullayev və Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer layihə ilə bağlı fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıblar.
 
Rövnəq Abdullayev (AFFA-nın prezidenti): "Respublikanın müxtəlif bölgələrində artıq 125 belə meydança istifadəyə verilib. Bu da uşaq futbolunun inkişafına böyük təsir edir. Artıq Bakcell ilə birgə məhəllə futbolunun inkişafı ilə bağlı yeni layihəyə start vermişik. Meydançalar AFFA tərəfindən tikilərək istifadəyə verilir, yarışları isə Bakcell ilə birgə keçirəcəyik. Gözəl başlanğıc olacaq. Düzdür, məhəllə futbolu ilə bağlı işlər bir neçə ildir ki, davam etdirilir. Lakin aktiv şəkildə indi başlayacaq. Bütün məhəllələrdə uşaqların futbola cəlb edilməsi istiqamətində işlər görüləcək.
 
Artıq məktəblər arasında yarışlar keçirilir. Məhəllələr arasında da buna start verildikdən sonra 8-12 yaş arasındakı uşaqlar futbola daha kütləvi şəkildə cəlb ediləcəklər. Bu gün açılışını etdiyimiz stadiona məşqçi təyin ediləcək və o, mütəmadi qaydada məşqlər keçirəcək. Bu məhəllənin yaxınlığında yaşayan uşaqlar məşq prosesində iştirak edəcəklər. Axşam saat 6-dan sonra isə məhəllənin sakinləri bu meydançanın xidmətindən istifadə edə biləcək. Bələdiyyə ilə söhbətimiz olub, burada böyüklər arasında da yarışlar təşkil olunacaq. Bir sözlə, meydança bu əraziyə xidmət edəcək".
 
Riçard Şirer (Bakcell şirkətinin baş icraçı direktoru): "Azərbaycanın futbol azarkeşləri "Bakcell"in futbolun inkişafına göstərdiyi qayğı və diqqəti hər zaman hiss edir. Azərbaycanda futbolun inkişafını dəstəkləmək məqsədilə biz ötən ildən etibarən AFFA ilə sıx əməkdaşlığa başlamışıq. İlk dəfə FIFA U-17 Qadınlararası Dünya Çempionatının milli tərəfdaşlarından biri olaraq başladığımız uğurlu əməkdaşlıq daha sonra "Futbol Bakcell ilə" layihəsi ilə davam etdi. Biz Azərbaycanda AFFA-nı və futbolu dəstəkləməkdən məmnunuq. "Futbol Bakcell ilə" Azərbaycanda futbolun inkişafı baxımından olduqca əhəmiyyətli layihədir. İnanıram ki, yeni inşa edilmiş stadionlarda futbol oynayan uşaqlardan bəziləri gələcəkdə futbolçu kimi yetişəcək və ölkə futbolunun inkişafına öz töhfələrini verəcəklər. Bugünkü açılış mərasimində "Bakcell"in və Bakının möhtərəm bir qonağı da iştirak edir. Biz bu stadionun açılışını əməkdaşlıq etdiyimiz "Mançester Yunayted" klubunun əfsanəvi veteran oyunçusu Dvayt Yorkla birlikdə edirik”.
Layihə Haqqında Binə qəsəbəsi Xətai rayonu Badamdar qəsəbəsi Yasamal rayonu Səbail rayonu Nizami rayonu Sumqayıt şəhəri Gəncə şəhəri