AFFA və Paşa Sığorta rəsmi sığorta əməkdaşlığına dair Sazişin uzadılmasını elan etdilər

19 dekabr tarixində Art Garden-də 2011-ci ilin ən yaxşı futbolçularının mükafatlandırılması mərasimi baş tutmuşdur. Tədbirdə ölkənin idman icmasının rəhbərləri, futbol hərəkatının veteranları, iri biznes təşkilatlarının rəhbərləri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişdirlər.
 
Mərasim çərçivəsində AFFA və “Paşa Sığorta” ASC arasında 2012-ci il üçün Paşa Sığorta-nın rəsmi sığorta əməkdaşı statusunun uzadılması barədə Sazişin rəsmi imzalanması baş tutmuşdur.
 
“Əməkdaşlığımızın birinci ili bizim təşkilat üçün kifayət qədər uğurlu olmuşdur. Paşa Sığorta keçən il ərzində AFFA tərəfindən təşkil olunan tədbirlərin fəal iştirakçısı olmuşdur. Biz çox şadıq ki, AFFA-nın sığortaçısı qismində göstərdiyimiz fəaliyyət ölkənin futbol ittifaqının tələblərinə tam cavab vermiş və bu gün biz əminliklə qarşılıqlı faydalı əməkdaşlığın növbəti ilinə addım ata bilərik” – tədbir zamanı “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin sədri qeyd etdi. AFFA-nın Baş katibi, öz növbəsində, əməkdaşlığın birinci ilinin uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymasından məmnun olduğunu bildirdi.
AFFA və Paşa Sığorta tərəfindən imzalanmış Əməkdaşlıq Sazişi özündə şirkətin AFFA-ya və Azərbaycanının futbol yığmasına məxsus əmlakının, nəqliyyatının, o cümlədən bədbəxt hadisələrin və digər risklərin sığortalanmasına dair üstünlük hüquqlarını, həmçinin Paşa Sığorta-nın AFFA tərəfindən Azərbaycanda və ya xaricdə keçiriləcək reklam kompaniyalarında fəal iştirakını, AFFA-nın rəhbərliyi ilə təşkil olunan xüsusi tədbirlərində sığortaçının iştirakını ehtiva edir
AFFA və Paşa Sığorta rəsmi sığorta əməkdaşlığına dair Sazişin uzadılmasını elan etdilər Paşa Sığorta AFFA-nın rəsmi sığorta partnyoru elan edildi