3x3 Qızlar Turniri | Bayıl Arena 2014

Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının ən prioritet məsələlərindən biridir. 
22 sentyabr - 13 oktyabr 2012 tarixlərində ölkəmiz FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə ev sahibliyi etdi. Bu cür futbol turnirinin təşkili ölkə futbolu tarixində önəmli bir tədbirə çevrildi. Çempionat insanların diqqətini qadın futboluna yönəltmiş, qadın futbolçu və hakimlərin sayının artmasına, qadın futbol klublarının və liqalarının yaranmasına səbəb olmuşdur. 
 
 
Clear və 3x3 Qızlar Turniri
Qadın futbolunun inkişaf etdirilməsi məqsədilə təşkil olunan turnirlər sırasında "3x3 Qızlar Turniri" ön sıraları tutur. Turnir ilk olaraq AFFA və UNİCEF-in təşkilatçılığı ilə həyata keçirilsə də, 05.09.2014-cü ildə  AFFA və “Clear” şampunu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması ilə turnirin təşkilində "Clear" şampunu da yaxından rol oynamağa başladı. 
 
 
 
Turnir haqqında
Ümumiyyətlə, turnirin qaydalarına əsasən hər bir komanda 5 oyunçudan ibarət olmalıdır. Oyun zamanı meydançaya çıxan 3 oyunçudan isə minimum 1-i ilk dəfə futbol oynayan və AFFA-nın futbolçular bazasında qeydiyyatı olmayan qız oyunçu olmalıdır. 
Sayca 3-cü dəfə təşkil olunan və 27.09.2014-cü il tarixində Bayıl Arenada baş tutan bu turnirdə 2 yaş kateqoriyasına aid 115 oyunçu iştirak etmişdir. Onlardan 93-ü ilk dəfə futbol oynayan qızlar olmuşdur. Turnirin idarə olunması toplam 12 nəfərdən ibarət yerli və FİFA reytinqli hakimlərə həvalə olunmuşdur. Turnirdə ən kiçik yaşa malik oyunçu 7, ən böyük isə 14 yaşlı olmuşdur. 
 
 
 
Turnirdaxili kiçik müsabiqələr
İştirakçılar arasında turnirə marağın artırılması məqsədilə "Penalty Shootout" və "Shooting Accuracy" müsabiqələri həyata keçirilmişdir. 
 
 
Mükafatlandırma mərasimi
Turnirin həyata keçirilməsində məqsəd qadın futbolunun inkişaf etdirilməs, ölkədə qadın futboluna marağın artırılması və yeni, perspektivli qadın futbolçuların aşkara çıxarılmasıdır. Turnirin sonunda iştirakçılar 2 kateqoriya üzrə müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılmışdırlar.
 
 
 
 
3x3 Qızlar Turniri | Bayıl Arena 2014