Clear


Azərbaycan milli yığma komandasının rəsmi şampunu
26.05.2014 tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə imzaladığı razılaşmaya əsasən “Clear” Azərbaycan milli yığma komandasının rəsmi şampunu oldu.
 
“Clear” şampunu dünyanın gündəlik tələbat məhsulları üzrə aparıcı şirkətlərindən biri olan “Unilever” tərəfindən istehsal edilir. 1930-cu ildə təsis olunmuş ingilis-holland transmilli şirkəti “Unilever” AXE, Rexona, Elidor, Dove, Cif, Domestos, Lipton, Calve brendləri kimi keyfiyyətli ərzaq, içki, təmizlik ləvazimatları və şəxsi gigiyena məhsullarının istehsalı ilə tanınır.
 
“Unilever” şirkətinin ən populyar markalarından biri zəngin vitamin və minerallar kompleksinə malik olan “Clear” şampunudur. Kişi və qadınların baş dərisindəki fərqləri nəzərə alan “Clear” şampunu kişi və qadınlar üçün müxtəlif formulalı şampunları istehsal edir və yenilikçi texnologiyaları sayəsində bir çox saç problemlərini aradan qaldırır. “Clear” nəinki kəpəyi yox edir, hətta onun əmələ gəlməsinin qarşısını alır və təravətin 24 saat ərzində qalmasını təmin edir.
 
“Clear” məhz futbol ilə bağlı — o cümlədən dünya ulduzu Kriştiano Ronaldonun iştirakı ilə — bir sıra uğurlu reklam layihələrini həyata keçirmişdir. Azərbaycan milli futbol komandasının rəsmi şampunu olan “Clear” tətbiq etdiyi innovasiyalar sayəsində oyunçuların saçlarının sağlam və görkəmli görünməsini təmin edəcək.
 
 
 
 
 
 

Sponsorluq müqaviləsinin imzalanma mərasimi
05.09.2014 tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA və “Clear” şampunu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması mərasimi keçirilib.
AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək Azərbaycan futbol ailəsinə daha bir nüfuzlu şirkətin üzv olmasının sevindirici hal olduğunu deyib, əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib. Baş katib xatırladıb ki, bu il mayın 26-dan qüvvəyə minən sponsorluq müqaviləsinə əsasən “Clear” şampunu Azərbaycan milli komandasının rəsmi şampunudur və müqavilənin Avro-2016-nın seçmə mərhələsində millimizin keçirəcəyi ilk oyun ərəfəsində imzalanması barədə əvvəlcədən razılıq əldə olunub.
"Unilever" şirkətinin Mərkəzi Asiya üzrə idarəçi direktoru Ziya Domaniç futbolun Azərbaycanda çox sevilən idman növlərindən biri olduğunu və son illər inkişaf dövrünü yaşadığını söyləyib, AFFA ilə əməkdaşlıqdan məmnunluq hissi duyduqlarını qeyd edib.
Sonra əməkdaşlıq müqaviləsi imzalanıb.
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və komandanın üzvü Ruslan Abışov millinin formasını "Unilever" şirkətinə hədiyyə edib. Öz növbəsində, Ziya Domaniç tərəfindən AFFA ilə əməkdaşlıqla bağlı plaket baş katib Elxan Məmmədova təqdim olunub.
"Clear" şampununun reklam çarxı nümayiş etdirilib.
Tədbirin sonunda keçirilən brifinqdə Berti Foqts, Ruslan Abışov, Ziya Domaniç və Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.