Caspian Cup 2014

Clear və Caspian Cup U-17 beynəlxalq turniri
17 yaşadək oğlanlardan ibarət olan komandaların iştirak etdiyi Caspian Cup beynəlxalq turniri ilk dəfə olaraq AFFA tərəfindən 2011-ci il iyunun 9-dan 17-dək tarixdə baş tutmuşdur. Turnirdə ilk dəfə Azərbaycan, İspaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan kimi ölkələrin yığma komandaları iştirak etmişdir.
05.09.2014-cü ildə  AFFA və “Clear” şampunu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması ilə turnirin təşkilində "Clear" şampunu da yaxından rol oynamağa başladı. 
 
 
17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında ənənəvi IV Caspian Cup beynəlxalq turniri 2014-cü il Mayın 29-dan iyunun 5-dək AFFA-nın təşkilatçılığı, SOCAR, AccessBank, Aquavita və Clear-ın rəsmi sponsorluğu ilə həyata keçirildi. Azərbaycan U-17, Azərbaycan U-16, Əfqanıstan, Bolqarıstan, Qırğızıstan, İran, Yaponiya, Gürüstan, Tacikistan, Türkiyə, Özbəkistan və Qazaxıstan kimi ölkərin iştirak etdiyi turnirdə İran, Türkiyə və Azərbaycan U-17 komandaları müvafiq olaraq 1,2 və 3-cü yerləri tutublar.
 
 
 
 
 
 
Caspian Cup 2014