Baş katib
Məmmədov Elxan Səlhab oğlu – 1979-cu il iyunun 18-də Bakı şəhərində anadan olub.
 
  • Orta təhsilini 1986-1996-cı illərdə Bakı şəhərində alıb.
  • Orta məktəbi bitirdikdən sonra – 1996-cı ildə Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində yerləşən American Universitetində ingilis dili kurslarında oxuyub.
  • 1996 - 1999-cu illərdə  İngiltərədə – London şəhərində American İnterContinental Universitetində təhsil alıb, biznesin idarə olunması və korporativ menecment üzrə bakalavr dərəcəsinə yiyələnib.
  • Universitetdə oxuduğu dövrdə – 1996-97-ci illərdə Bakıda «Bakı Yatırım Ltd.» Azərbaycan-Türkiyə birgə müəssisəsində locistika şöbəsində müdir müavini vəzifəsində çalışıb.
  • 1998-ci ildə İngiltərənin Westminster Universitetində biznesin idarə edilməsi kurslarında oxuyub.
  • 2011-cı ildən etibarən İngiltərənin Mançester şəhərindəki Salford Universitetində idarəetmə üzrə master dərəcəsi almaq üçün qiyabi təhsil alır.
  • Universiteti bitirdikdən sonra Natavan Biznes Mərkəzinin idarəetmə şirkətində direktor müavini vəzifəsində işləməyə başlayıb.
  • 7 aydan sonra həmin şirkətə direktor təyin olunub.
  • 2007-ci ildən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında Baş Katib vəzifəsində çalışır.
  • Bu vəzifə çərçivəsində :
  • 2008 ci ildən UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsində 3cü Vitse-President
  • 2009-cu ildən UEFA nümayəndəsi (UEFA Delegate)
  • 2010-2012  FİFA Qadınlararası U-17 Dünya Çempionatı 2012-nin Yerli Təşkilat Komitəsinin sədri
  • 2011-2013-oktyabr FİFA-nın Qadınlararası U-17 Dünya Çempionatlarının Təşkili Komitəsinin üzvü
  • 2013-cü ilin oktyabr ayından FİFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvüdür
  • BAKU 2020 Olympics - Sifariş kitabının hazırlanmasında və təqdim olunmasında iştirak edib
  • BAKU 2015 - European Games (sifariş kitabının təqdim olunmasında iştirak edib)
  • BAKU EURO 2020 - Sifariş kitabının hazırlanması ilə əlaqədar yaradılan Komitəsnin Sədri
 
Ailəlidir, 2 övladı var.