Anar Salmanov
1980-10-04

FİFA Referisi
04 oktyabr 1980-ci ildə Bakı şəhərində anadan olub.
Ali təhsillidir. 1997-2001-ci illərdə ADBTİA-da təhsil almışdır.
1997-ci ildə “Neftçi”də, 1998-2001-ci illərdə “Dinamo”da, 2001-ci ildə “Kocaelispor” komandasının heyətində oynamışdır.
Milli olimpiya yığma komandasının üzvü olmuşdur.
2004-cu ildən Premyer – Liqa oyunlarında referi kimi fəaliyyət göstərir.
İndiyədək Premyer – Liqa oyunlarında 93 dəfə komandaları meydana çıxarıb.
2010-cü ildən FİFA referisidir.
14 dəfə beynəlxalq oyunlarda baş hakim olub.
2013-cü ildə dünya çempionatının seçmə oyununu idarə edib.
1 dəfə milli komandalar arasında beynəlxalq yoldaşlıq matçlarını idarə edib.
UEFA-nın istedadlar qrupundadır.  
Hal – hazırda ADBTİA-sında baş müəllim  vəzifəsində çalışır.
Ailəlidir. 1 qızı var.