Mübariz Haşımov
1981-02-19

FİFA Referi köməkçi
19 fevral 1981-ci ildə Bakı şəhərində anadan olub.
Orta təhsillidir.
2005-ci ildən hakimlik fəaliyyətinə başlamışdır.
2007-cı ildən Premyer – Liqa oyunlarında referi köməkçisi kimi fəaliyyət göstərir.
İndiyədək Premyer – Liqa oyunlarında 124 dəfə köməkçi kimi meydana çıxıb.
2010-cü ildən FİFA referi köməkçisidir.
35 dəfə beynəlxalq oyunlarda baş hakim köməkçisi olub.
1 dəfə milli komandalar arasında beynəlxalq yoldaşlıq matçında köməkçi hakim olub.
2013-cü ildə dünya çempionatının seçmə oyununu idarə edib.
2012-ci il U-17 və 2013-cü il U-19 Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.
Ailəlidir. 2 qızı var.