Vaqif Musayev
1972-10-09

FİFA Referi köməkçisi
09 oktyabr 1972-ci ildə Bakı şəhərində anadan olub.
Ali təhsillidir. 1990-1994-cü illərdə ADBTİA-da təhsil almışdır.
Futbolçu kimi Turan, Neftçi, Bakılı, Bakı fəhləsi komandalarının heyətində çıxış etmişdir.
2005-ci ildən hakimlik fəaliyyətinə başlamışdır.
2006-cı ildən Premyer – Liqa oyunlarında referi köməkçisi kimi fəaliyyət göstərir.
İndiyədək Premyer – Liqa oyunlarında 115 dəfə köməkçi kimi meydana çıxıb.
2010-cü ildən FİFA referi köməkçisidir.
2012/2013 mövsümündə Azərbaycan kubokunun final oyununda referi köməkçisi olub.
9 dəfə beynəlxalq oyunlarda baş hakim köməkçisi olub.
Ailəlidir. 2 övladı var.