Əfqan Həmzəyev
1974-02-07

Çimərlik futbolu üzrə referi
07 fevral 1974-cü ildə Qax rayonunda anadan olub.
Orta məktəbi qızıl medalla başa vurmuşdur.
Ali təhsillidir. 1995-ci  ildə Baki Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
2001-ci ildən hakimlik fəaliyyətinə başlamışdır. 2007-cu ildən Premyer – Liqa oyunlarında referi kimi fəaliyyət göstərir.
İndiyədək Premyer – Liqa oyunlarında 39 dəfə komandaları meydana çıxarıb.
2009-cu ildən çimərlik üzrə FİFA referisidir.
30 dəfə çimərlik üzrə beynəlxalq oyunlarda baş hakim olub. 21 dəfə final oyunlarını idarə edib. Türkiyə, Belorusiya, Rusiya, Ukrayna və Gürcüstanda keçirilən beynəlxalq turrnirlərdə ən yaxşı hakim seçilmişdir.
2009-cu ildə Dubayda keçirilən dünya çempionatının yarımfinal oyununu idarə etmiş və FİFA-nın xüsusi medalına layiq görülmüşdür.
Ailəlidir. 2 övladı var.